SON XƏBƏRLƏR

Müsəlmanlarla terrorun eyniləşdirilməsinə ən tutarlı cavab Türkiyənin Avropa Birliyinə qoşulması olacaq – Baş nazir Ərdoğan

2021.10.20, 07:36
Müsəlmanlarla terrorun eyniləşdirilməsinə ən tutarlı cavab Türkiyənin Avropa Birliyinə qoşulması olacaq – Baş nazir Ərdoğan

Gunaz.tv
_rajab_tayyib_erdogan-big.jpg Müsəlmanlarla terrorun eyniləşdirilməsinə ən tutarlı cavab Türkiyənin Avropa Birliyinə qoşulması olacaq – Baş nazir Ərdoğan Azərbaycan, Bakı, 12 iyun / Trend News , müxbir S.İlhamqızı/ Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hesab edir ki, dünyada islam dininin, müsəlmanların terrorla eyniləşdirilməsi kimi yanlış fikirlərə ən tutarlı cavab Türkiyənin Avropa Birliyinə qoşulması olacaq. «İslam dünyasının müqəddəs dəyərlərinə hörmətsizlik edən, müsəlmanlarla terroru eyniləşdirən anlayışlara qarşı ən gözəl cavab Türkiyənin Avropa Birliyinə qoşulması olacaq» - deyə Ərdoğan cümə axşamı İstanbulda keçirilən türk-ərəb İqtisadi Forumundakı çıxışı zamanı bildirib. Onun fikrincə, Türkiyənin Avropa Birilyinə üzvlüyü həm bölgədə, həm də dünyanda sülhün, əmin-amanlığın yaranmasında mühüm rol oynayacaq. Buna görə də ölkəsinin AB-yə daxil olmaq yolundaislahatlarını davam etdirdiyini dilə gətirib. «Bəzi Avropa ölkələri tərəfindən qarşımıza əngəllər çıxarılsa da, biz öz mövqeyimizdən geri çəkilmirik və israrla öz islahatlarımızı davam etdiririk» - deyə Ərdoğan bildirib. Baş nazirin sözlərinə görə, Türkiyənin AB-yə tam üzvlüyü dünyada fərqli mədəniyyətlərin bir yerdə olmasının mümkünlüyünü göstərəcək: «Türkiyənin Avropa Birliyinə üzvlüyü Avropanın çoxmədəniyyətli olduğunu da sübuta yetirəcək» - Türkiyənin hökumət başçısı qeyd edib. trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar