SON XƏBƏRLƏR

MUSƏVİNİN TƏRƏFDARLARI TEHRANDA BÖYÜK YÜRÜŞ KEÇİRİB

2021.10.20, 07:36
MUSƏVİNİN TƏRƏFDARLARI TEHRANDA BÖYÜK YÜRÜŞ KEÇİRİB

Gunaz.tv
İran adlanan yerin prezidentliyinə azərbaycanlı namizəd Mirhüseyn Musəvinin on minlərlə tərəfdarı iyunun 8-də Tehranda yürüş keçirib. yürüş uzunluğu 25 kilometr olan Vəliəsr küçəsində təşkil edilib. Bu küçə, demək olar, başdan-ayağa aksiyaçı ilə dolu olub. M.Musəvi seçki kampaniyasında yaşıl rəngdən simvol kimi istifadə etdiyindən Vəliəsr küçəsi tamamilə yaşıl rəngə bürünüb. Əksəri əl-ələ tutan aksiyaçılar Musəvinin lehinə, indiki prezident Mahmud Əhmədinejadın əleyhinə şüarlar səsləndiriblər. Yürüşdə ən çox bu şüarlar səslənib: “Saxtakarlıq olmasa, Musəvi birincidir”, “Əhmədi bay-bay, Əhmədi bay-bay” (ingilis dilində “bye-bye” - xudahafiz deməkdir.), “Yalan danışmaq qadağandır”, “Populist hökumətə ölüm!”. Motosikl sürən bəzi Əhmədinejad tərəfdarları yürüş iştirakçılarına yaxınlaşıb Musəviyə qarşı kəskin şüarlar səsləndərərək qarşıdurmaya cəhd göstərsələr də, aksiya insidentsiz ötüşüb. İranda prezident seçkisi iyunun 12-də keçiriləcək. Mirhüseyn Musəvi 1941-ci ildə Şərqi Azərbaycan vilayətinin Xaminə şəhərində doğulub. 1969-cu ildə İran Milli Universitetini (hazırkı şəhid Beheşti Universiteti) bitirərək memarlıq ixtisasına yiyələnən Musəvi islam inqilabından sonra bir müddət Ali Mədəni İnqilab Şurasının üzvü olub. 1981-1989-cu illərdə, İranın hazırkı dini rəhbəri ayətullah Xamneyinin prezidentliyi dövründə baş nazir vəzifəsində işləyib. 1989-cu ildə ölkə konstitusiyasında dəyişiklik edilib və baş nazir postu ləğv olunub. Nəticədə M.Musəvi hökumət vəzifələrindən uzaqlaşaraq fəaliyyətini əsasən Tehran İncəsənət Akademiyasında davam etdirib. Hazırda bu akademiyanın rəhbəridir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar