SON XƏBƏRLƏR

“Mustafa Dənizli “Traxtur” klubunun arzularını gərçəkləşdirə bilər”

2021.10.20, 07:36
“Mustafa Dənizli “Traxtur” klubunun arzularını gərçəkləşdirə bilər”

Gunaz.tv

GünAz TV: Tanınmış və təcrübəli iranlı baş məşqçi Məcid Cəlali 19-cu super liqa yarışlarının birinci iki həftəsində baş tutan görüşləri və komandaların nümayiş etdirdiyi oyunları nəzərə alaraq super liqada iştirak edən komandalar haqda öz fikirlərini bildirib.

 

“Vərzeş 3” saytının yaydığı məlumata görə, yerli mütəxəssis bəzi görüşlərdə gözlənilməz nəticənin ortaya çıxdığını deyib.

 

Məcid Cəlali Güney Azərbaycanın “Traxtur” futbol komandasının Türkiyədən olan baş məşqçisi Mustafa Dənizlinin fəaliyyətini olduqca müsbət qiymətləndirib.

 

““Traxtur” öz baş məşçisini tapıb. Mustafa Dənizli “Traxtur” klubunun köhnə arzularını gərçəkləşdirə bilər.

“Traxtur”un baş məşqçidən əlavə həm də yaxşı müdirə ehtiyacı var. Mustafa Dənizlinin isə ən üstün göstəricisi baş məşqçi vəzifəsini idarə etməkdən ibarətdir. O təcrübəli və özünə məxsus bir nizamla hərəkət edən baş məşqçidir. Şübhəsiz ki, bu yolda ona klub rəhbərliyi və komanda tərəfdarları dəstək verməlidir.”- deyə o bildirib.

 

Məcid Cəlali

 

Tanınmış mütəxəssis Azərbaycan komandasının yaxşı nəticə əldə etməsi üçün ən önəmli məsələ adlandırdığı mövzuya da toxunub. O vurğulayıb ki, “Traxtur” kollektivinin əhatəli fəaliyyətinin necə aparılacağı xüsusi əhəmiyyət kəsb edir. Fikrimcə, onlar uzun illərdən sonra artıq çoxlu təcrübə kəsb edib və düzgün əməl etməlidir.

Qeyd edək ki, İranda ölkə üzrə futbol klublarının 19-cu super liqa yarışları iki həftə öncə başlayıb. Bu müddətdə “Traxtur” komandası “Məscid Süleyman”ın “Neft” və Tehranın “Perspolis” komandaları ilə qarşılaşıb. Azərbaycan komandası onun üçün ən prinsipial sayılan “Perspolis”lə görüşü 1:0 hesabı ilə öz xeyirinə başa vurub.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar