"Rüsvayçı üsullarla seçkiləri saxtalaşdırmağa çalışırlar"- Mustafa Taczadə İran hakimiyyətini ittiham etdi

2021-05-26 14:39

İranda islahatçıların prezidentliyə namizədi kimi tanınan Mustafa Taczadə seçki prosesindəki qanunsuzluqlar haqqında danışıb.

Gunaz.tv Quote | Gunaz article

Konstitusiyaya Nəzarət Şurasında prezidentliyə səlahiyyəti rədd edilən Mustafa Taczadə mayın 25-də bəyanat yayaraq, sözügedən şuranı ölkə xalqının hüququna təcavüz etməkdə, seçki prosesini istədiyi məcraya yönəltməkdə günahlandırıb.

Yaydığı bəyanatda Konstitusiyaya Nəzarət Şurasında prezidentliyə səlahiyyətinin rədd olunmasını “qanunsuz” addım adlandıranTaczadə deyib ki, hakimiyyət ən rüsvayçı üsullara əl ataraq, seçkiləri əvvəlcədən saxtalaşdırmağa çalışır.


“Biz bundan sonra sakit qalmayacaq, seçkilərin azad şəkildə keçirilməsinin və onun qabaqcadan saxtalaşdırılaraq müəyyən bir məcraya salınmasının qarşısını almaq və Konstitusiyaya Nəzarət Şurası tərəfindən həyata keçirilən belə bir “nəzarət”in ləğv olunması üçün çalışacağıq.
 

Konstitusiyaya Nəzarət Şurası prezidentliyə namizədlərin səlahiyyətini qanunsuz olaraq rədd etməklə əslində demək olar ki, millətin hüququna təcavüz edib. Bu artıq seçkilər deyil, təyinatdır. Daha doğrusu, bu artıq seçki prosesini əvvəlcədən saxtalaşdırmaq işindən keçib, təyinata çatıb.


Hakimiyyət isə ən rüsvayçı şəkildə 13-cü prezident seçkilərini istədiyi kanala salmaqla hökumətin müəyyən bir cərəyanın əlində olmasına çalışır. Məqsəd isə, ölkə rəhbərliyinin başqa birisinə ötürülməsi dövründə ölkə əhalisinin 15 faizini təşkil edən bir azlığın əksəriyyətə qarşı inhisarçı hökmranlığını qoruyub saxlamaqdır”, -deyə İranda islahatçıların prezidentliyə namizədi kimi tanınan və Konstitusiyaya Nəzarət Şurasında prezidentliyə səlahiyyəti rədd edilən Mustafa Taczadənin yaydığı bəyanatında bildirilir. 


Xatırladaq ki, İranın Daxili İşlər Nazirliyi mayın 25-də bəyanat yayaraq, Konstitusiyaya Nəzarət Şurası tərəfindən prezidentliyə namizədliyi təsdiq edilmiş 7 namizədin adlarını açıqlayıb.

 ابراهیم رئیسی، محسن رضایی، محسن مهرعلیزاده، سعید جلیلی، علیرضا زاکانی، عبدالناصر همتی و امیرحسین قاضی زاده هاشمی

 Nazirliyin yaydığı siyahıda yalnız 7 namizədin, yəni İbrahim Rəisi, Möhsün Rzayi, Möhsün Mehrəlizadə, Səid Cəlili, Əlirza Zakani, Əbdülnasir Hemməti və Əmir Hüseyn Qazızadə Haşiminin prezidentliyə namizəd səlahiyyəti təsdiq edilib. 


Lakin Konstitusiyaya Nəzarət Şurası tərəfindən prezidentliyə üç namizədin, yəni İranın “dini lider”inin müşaviri Əli Laricani, İranın birinci vitse-prezidenti İshaq Cahangiri və keçmiş prezident Mahmud Əhmədinejadın səlahiyyətinin rədd edilməsi isə ölkənin siyasi dairələrində geniş qalmaqala səbəb olub.


Qeyd edək ki, İranda 13-cü prezident seçkiləri iyunun 18-də keçiriləcək. 


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Qlobal istiləşmə bəşəriyyəti qarşısıalınmaz fəlakətə yaxınlaşdırır- BMT-dən hesabat

2021-09-17

gun az article

Ərdoğan: “Türkiyə qədər faciələr qarşısında prinsipial davranan ikinci bir ölkə yoxdur”

2021-09-17

gun az article

Dövlət Xidməti: "Azad olunan ərazilərdəki tarix-mədəniyyət abidələrinin reyestri yaradılacaq"

2021-09-17

gun az article

Azərbaycanda son sutkada 1770 nəfər COVID-19-a yoluxub, 24 nəfər ölüb

2021-09-17

gun az article

Azərbaycanın rayonlarına dolu düşüb, şimşək çaxıb

2021-09-17

gun az article

Deputatlar azad edilmiş ərazilərdəki ekoloji vəziyyəti təhlil edəcəklər

2021-09-17

gun az article

Kölndə Azərbaycan dilinin tədrisinə başlanılıb

2021-09-17

gun az article

Səid Xətibzadə: “Böyük Tonb, Kiçik Tonb və Əbu Musa adaları İran məxsusdur”

2021-09-17

gun az article

Şuşada qəzaya düşən hərbçi vəfat edib

2021-09-17

gun az article

“Arşın mal alan” Çində çin dilində tamaşaya qoyulub – VİDEO

2021-09-17

gun az article

İran rəsmən Şanxay Əməkdaşlıq Təşkilatına üzv seçilib

2021-09-17

gun az article

Ceyhun Bayramov: "Azərbaycan BMT ilə əməkdaşlığa əhəmiyyət verir"

2021-09-17

gun az article

Şuşanın "Türk dünyasının mədəniyyət paytaxtı"na namizədliyi təqdim edilib

2021-09-17

gun az article

İran rəsmisi: “Ərak ağır su reaktoru ən qısa zamanda istifadəyə hazır olmalıdır”

2021-09-17

gun az article

"Son hadisələr İranla Ermənistanın birgə oyunudur, aramıza nifaq salmaq istəyirlər”- Araz Obalı

2021-09-17

gun az article

İranın Rəcayişəhr zindanında daha 5 məhkum edam edilib.

2021-09-17

gun az article

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ağdama gedir

2021-09-17

gun az article

Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü Ağrıdağa yürüşlə qeyd edilib

2021-09-17

gun az article

İran rəsmisi: “İbrahim Rəisi BMT-nin Baş Assambleyasında çıxış edəcək”

2021-09-17

gun az article

İranın “Hizbullah”a göndərdiyi yanacaq karvanı Livana daxil olub

2021-09-17