SON XƏBƏRLƏR

Mustafa Taczadə: “Hökumətin alkoqollu içkilərlə bağlı strategiyası məğlubiyyətə uğrayıb”

2021.10.20, 07:36
Mustafa Taczadə: “Hökumətin alkoqollu içkilərlə bağlı strategiyası məğlubiyyətə uğrayıb”

Gunaz.tv

GünazTV: İranın keçmiş prezidenti Məhəmməd Xatəminin hökumətində daxili işlər nazirinin müavini vəzifəsində işləmiş islahat tərəfdarı siyasi fəal Mustafa Taczadə, martın 31-də “Twitter” səhifəsində paylaşdığı bir statusda islam respublikasının  alkoqollu içkilərə qadağa siyasətinin məğlubiyyətə uğramasından danışıb.

 

Paylaşdığı statusda alkoqollu içkilərin yeni qurbanlarının sayına toxunan Taczadə, hökuməti spirtli içkilərlə bağlı siyasətinə yenidən baxmağa çağırıb: “Görəsən daha neçə həmvətənimiz görmə qabiliyyətlərini itirməli və ya beyin ölümünə düçar olmalıdır ki, ölkə rəsmiləri, alkoqollu içkilərlə bağlı yürütdükləri siyasətin səhv olduğunu və bununla bağlı apardıqları strategiyanın iflasa uğradığını qəbul etsinlər. Məgər hər bir hökumətin ilk vəzifəsi, onun öz vətəndaşlarının həyatını və onların sağlamlığını qorumaq deyil mi” – deyə Mustafa Taczadə əlavə edib.

 

Xatırladaq ki, Təbrizin Tibb Elmləri Universitetinin rəsmisi Höccət Purfəthi martın 28-də jurnalistlərə açıqlamasında Şərqi Azərbaycan əyalətində saxta spirtli içkilərdən zəhərlənənlərin sayının artıq 240 nəfərə çatmasından xəbər verib. O bildirib ki, həmin şəxslərdən 10-u ölüb, 3-ü görmə qabiliyyətini itirib, bir neçəsi də beyin ölümünə düçar olub.

 

 

 Qeyd edək ki, son həftələr İranın Meşkinşəhr, Əhər, Bukan və daha bir neçə şəhərində yüzlərlə insan saxta alkoqullu içkilərdən zəhərlənmiş, bir neçə nəfər həyatlarını itiriblər. 2018-ci ilin oktyabr ayında isə İranın 8 əyalətində saxta alkoqollu içikilərdən 1000-dən çox insanın zəhərlənməsi barədə məlumat yayılıb.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar