SON XƏBƏRLƏR

müstəm LƏKƏ ERMƏNİSTANI və RUSİYA PARAŞOKU.Rus dilini bilən çoxdur, amma rusun dilini bilmək mümkün deyil

2021.10.20, 07:36
müstəm LƏKƏ ERMƏNİSTANI və RUSİYA PARAŞOKU.Rus dilini bilən çoxdur, amma rusun dilini bilmək mümkün deyil

Gunaz.tv
müstəm LƏKƏ ERMƏNİSTANI və RUSİYA PARAŞOKU Rus dilini bilən çoxdur, amma rusun dilini bilmək mümkün deyil kazimirov_2-06.jpg Rus Dilini bilən çoxdur. Amma rusun dilini bilmək mümkün deyil. O adətən danışmaq istədiyi mövzularda çox vaxt susur. Və ya rəsmi Moskvanın demək istədikləri qeyri-rəsmi Moskvanın dilindən çıxır. ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Vladimir Kazimirov Rusiyanın əsil niyyətini birbaşa, diplomatiyasız-filansız faş edib: «Münaqişənin bütün tərəfləri üçün əsas hədəf hərbi hərəkətlərin dayandırılmasının etibarlı möhkəmləndirilməsi və onların bərpa edilməməsi olmalıdır. Bu nəinki sadə vəzifə deyil, hətta Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsindən, işğalda olan torpaqların azad olunmasından, qaçqınların geri qayıtmasından da mühümdür». Məsələnin bu cür qoyuluşu problemin havadan, daha doğrusu rus havasından asılı vəziyyətdə qoyulmasıdır. Moskva 15-ci ildir ki, özünəsərf edən hərbi-siyasi şəraiti bu minvalla qoruyub saxlamağa müvəffəq olur. Hərbi hərəkətlərin istənilən ehtimalını ləğv etmək. Rusiya diplomatlar assosiyasının sədr müavini aydındır ki, bu bəyanatla Azərbaycana qarşı çıxır. Çünki təcavüzə məruz qalmış dövlət kimi Azərbaycan ədaləti bərpa etmək üçün hərbi yola əl atacağını istisna etmir. Və əksinə getdikcə bu məqsədində daha ardıcıl olur. Prezident İlham Əliyevin son bəyanatları da ondan xəbər verir ki, bu heç də Bakının adicə «gəldim!» deyə qorxutması deyil, artıq gəlməyə başlamasıdır… İlham Əliyev: «Ola bilsin ki, əvvəllər Azərbaycanın hədələrinə o qədər inanmırdılar. Amma indi vəziyyət dəyişir. Azərbaycan güclənir. Başa salır ki, zarafat eləmir. Kazimirov: «Postsovet məkanında nə Kişinyovda, nə Tiflisdə məsələnin güc yoluyla həll "ustanovka"sının, siz Bakıdan eşitdiyimiz tərzdə, özü də ən yüksək səviyyədə səslənməsinə rast gəlməzsiniz. Diqqət yetirin. Müharibə hələ bitməyib. Onun birinci mərhələsi başa çatıb. Rəqib yox düşmən, təmas xətti yox, cəbhə xətti kimi terminlər…» Bunlar Kazimirovu, əslində Rusiyanı narahat edir. Kazimirov və ya Rusiya çox narahatdır ki, niyə Ermənistan həmsədrlərin təkliflərini qəbul edir? Kazimirovun işğal olunmuş Azərbaycan ərazilərini hərbi hərəkətlərin gedişində tutulması tək qavratdırması da Ermənistan-Rusiya rəy birliyinin təzaühürüdür. «Mən başa düşmürəm ki, erməni tərəfi niyə 10-15 il sonra keçiriləcək ehtimali referendumün müqabilində ərazi, özü də indi verməlidir. Kazimirovun ilk baxışda absurd kimi görünən başqa bir bəyanatı barədə. O Dağlıq Qarabağın danışıqlarda müstəqil tərəf kimi iştirak etməsinin vacibliyini deyir və bunu Qarabağla Ermənistanın maraqlarının heç də həmişə üst-üstə düşməməsi ilə izah edir. Aydındır ki, bu belə deyil. Amma aydın olmayan məsələlər də var. Məsələn, ola bilsin ki, prezident seçdirilsə də hələ heç cür prezident ola bilməyən Sarkisyanın hansısa məsələlərə özünəməxsus güzəştli baxışı var və bu Moskvada nigaranlıq doğurur. Bu da Rusiyanın İrəvan-Xankəndi qarşıdurmasına hesablanmış kələyi ola bilər. Ermənistan zəifləməkədir. O bütün istehsalat müəssisələrini olduqca aşağı qiymətə Rusiyaya satmağa məcbur olub. Ermənilərin bir zamanlar böyük ümidlə baxdığı brilyant sahəsi demək olar ki, iflasa uğrayıb. Dünyanın ən iri briliyant şirkəti «Levayiv» İrəvanı tərk edib. Rusiyanın Ermənistanı «biz almaz verərik siz cilalayırsınız» deyə zavtrakla yedizdirməsi də fiksiya çıxdı. Ermənistan indi bölgədə yalnız dağıdıcı mahiyyətilə seçililir. O heç bir qlobal layihədə iştirak etmir, yalnız bütün tərəqqipərvər başlanğıclara "maneə" olmaq kimi funksiya daşıyır. Gərgin daxili problemlər məngənəsində çabalayan Ermənistanda martın 1-ni heç vaxt unutmayacaqlar, Küçələr yaz ərəfəsində donu açılmaqda olan göl kimi səndələyir. Niderlandda geylər assosiasiyası, İslandiyanın hansısa bələdiyyəsi erməni soyqırımını tanıdı tipli sevinmələrə hesablanmış genosid diplomatiyası artıq iflasa uğramaqdadır. İndi ermənilər arasında bu modelin diasporadan pul qırmaq üçün düşünüldüyünə inanmayanlar çox azdır. Birləşmiş Ştatlardan dörd gözlə gözlənilən «Minlliyin çağırışı» proqramı demokratiyanın qan pulu kimi artıq dayandırılmaq təhlükəsi ilə üz-üzədir. Fikrimiz özümüzə getməsin, Ermənistan üçün 200-250 milyon dollar böyük puldur. Ermənistanın arxalandığı müttəfiqlərin problemləri kifayət qədərdr. İranın öz taleyi Buşun tükündən asılıdır. Elə Rusiyanın da başı açıq deyil. Rusiyanın bütün dövrlər üçün bir nömrəli və yəqin ki, heç vaxt həll olunmayacaq böyük ərazi və onun balanslaşdırılmış, idarəsi problemi var. Sürətli inkişafda olan Moskvanı məsələn Tula ilə müqayisə etmək mümkün deyil. Öz əyalətinin problemlərini həll etməyə qadir olmayan Rusiya İrəvanda cənnət yaratmaq hayında deyil təbii ki… Və Ermənistanda dövləti ideologiyanın əsasını təşkil edən ənənəvi russevrəlik ideyası çat verib. Nüfuzlu «CELLAP» sosioloji mərkəzinin gəldiyi nəticələrə görə, Ermənistan əhalisinin 62 faizi, yəni 2/3 Kremlin bu ölkə ilə bağlı yürütdüyü siyasətdən narazıdır. Ermənistanda bu antipatiyanı bir sıra səbəblərlə yanaşı, həm də Rusiyanın Ermənistana satdığı qazın qiymətini qaldırması ilə izah edirlər. Ola bilər. Hələ bu harasıdır? Sabah Gürcüstan da qazın tranzit qiymətini qaldıracaq. Samsx-Cavaxetiya məsələsi, ermənilərin Gürcüstana qarşı ərazi iddiaları artıq rəsmi Tiflisi İrəvana qarşı qoyur. BMT-də Abxaziya ilə bağlı məsələnin müzakirəsində Azərbaycan Gürcüstanı dəstəkləmiş, Ermənistan isə Rusiya ilə birlikdə bu sənədin əlehinə səs vermişdi. Öz maraqlarının əlehinə olmasına baxmayaraq. Növbəti dəfə özünü dövlət kimi yox, rusca, «tryapka» kimi aparmışdı. Mixail Saakaşvilinin bu fakta münasibətini xatırlayaq: «Biz başa düşdük ki, dostumuz kimdir, düşmənimiz kim!». Bu düşmənin erməni olduğunu anlamamaq üçün azı erməni olmaq və ya erməni olmamaq lazımdır!. «CALLAP» mərkəzindən daha bir maraqlı fakt. Rusiyanın müstəmləkəsi olan Ermənistandan fərqli olaraq müstəqil Azərbaycanın əhalisinin 66 faizi Rusiyanın siyasətini müsbət qiymətləndirir. Necə deyərlər, biz öz nifrətimizdə olduğumumuz kimi, sevgimizdə də azadıq… Ermənistanın ən böyük problemi onun hələ ki, müstəqil ola bilməməsi, müstəmləkə olmasıdır. Müstəmləkə isə həmişə ləkə ilə bitir… Mir Şahin ans_press

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar