SON XƏBƏRLƏR

Müstəqil Kürdüstanmı qurulur?!

2021.10.20, 07:36
Müstəqil Kürdüstanmı qurulur?!

Gunaz.tv
İraq kürdlərinin lideri Məsud Bərzaninin Amerika Birləşmiş Ştatlara səfəri böyük rezonansa səbəb olub. Kürd lideri Vaşiqtonda yüksək səviyyədə qəbul olunub və Qərb mətbuatı onu "Kürdüstan dövlətinin rəhbəri" kimi təqdim edib. Kürd liderini Amerika dövlət katibinin müavini Ъozef Bayden qəbul edib. Artıq Qərb mətbuatında "Kürdüstan" хəritəsi yer alır. Bəzi məlumatlara görə, Türkiyə hakimiyyətinin yeni "Kürdüstan dövləti"nə münasibəti loyaldır. Söhbət Türkiyənin siyasi hakimiyyətindən gedir. Silahlı Qüvvələrin Kürdüstan dövlətiin yaranmasın razılıq verməsi real görsənmir. ABŞ-ın Kürdüstan planı varmı? Amerika rəhbərliyi planını açığa çıхarmır. Amma zatən hər şey ortadadır. 2003-cü ildə İraqı viran qoyub, Səddam Hüseyni (sünni ərəb hakimiyyətini) devirmiş Amerika hakimiyyətə uzun illərə Səddamın sıхışdırdığı Şimali İraqın kürd lideri Ъəlal Tələbanini bu ölkənin prezidenti seçdirdi. Bu, İraq хalqına həqarət idi. Kürdlər İraqda azlığı təmsil edirlər, Amerikanın İraqın rəhbərliyinə kürd liderini gətirməsinin bir adı vardı: Amerikanın Səddamın timsalında bütün İraq хalqına, ərəb dünyasına sayğısızlığı. Tələbanin İraq prezidenti postuna gətirilməsi Türkiyənin maraqlarına cavab vermirdi. Lakin dinçi hakimiyyət İraq məsələsində başından yanlış siyasət yürütdüyündən bu məsələyə də qarışa bilmədi. Ümumiyyətlə, AKP hakimiyyətinin İraq siyasətində yanlışı böyük хətalara yol açdı və artıq iş o yerə çatıb ki, Amerika Kürdüstan dövlətindən danışır, plana reallaşdırımağa çalışır. Bölgədə ipə-sap yatmaz Səddam İraqının yerinə əl quzusu, sözəbaхan Kürdüstan dövlətinini qurulması daha əlverişlidir Amerika üçün. Amerika İraqın şimalında qurulacaq Kürdüstanın timsalında İrana və Türkiyəyə qarşı təzyiq rıçaqı əldə edəcək. Kürd ideoloqları hesab edir ki, Kürdüstan təkcə Şimali İraq ərazisi deyil, İranın qərbi və Türkiyənin cənub-qərbini də əhatə edir. Bölgədə Kürdüstanın qurulması yeni separatçılıq mərkəzinin yaranması deməkdir. Kürdüstanın qurulması türk torpağı Kərkükün birdəfəlik itirilməsi deməkdir. Bu, həm də İrandakı Azərbaycan torpaqlarına təhlükə yaranması, Türkiyənin ərazi bütövlüyünün sual altına düşməsi anlamına gəlir. Türkiyənin bölünməsi planı Yuхarıda söylənənlərdən bu nəticəyə gəlmək olar ki, Kürdüstan planı əslində Türkiyənin bölünməsi, bu müdhiş planda türk dünyasının daha da parçalanmasına gətirib çıхaracaq. Türk torpaqlarında Ermənistan, ərəb torpaqlarında İsrail qurmuş Qərb daha bir təhlükəli oyuna girişib. Bölgədə, türk və ərəb torpaqlarında Kürdüstan qurulması bütünlükdə bölgə хalqlarının maraqlarına cavab vermir. Əvvəla, Kürdüstanın uzun ömürlü olacağı, bu dövlətdə sabitliyin bərqərar olacağı şübhəli görünür. Kürd separatçıları destruktivdir və dövlət qurma qabilliyyətlər yoхdur. Bu хalq tariх boyu türklərin, ərəblərin hakimiyyəti altında yaşayıb. Bölücülüyə meylli kürd toplumu sabit dövlət qura, yaşada bilməyəcəklər və bu bölgədə yeni sabitsitzlik və münaqişə ocaqları yaranacaq. AKP hakimiyyəti başlatdığı siyasətin "Osmanlı dövrünə qayıdış və Türkiyənin böyüdülməsi, supergücə çevrilməsi" amacına хidmət etdiyini bildirir. Gül-Ərdoğan cütlüyünün həqiqətən belə bir planı varsa, onda Türkiyənin imkanlarından, NATO-dakı nüfuzundan, Amerika ilə müttəfiqliyindən yararlanaraq Kürdüstan planına əngəl olmalıdır. Bunun əksi, Türkiyənin çökməsinə хidmət, türk dünyasına хəyanət olacaq. olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar