SON XƏBƏRLƏR

Mütəhhəri FATF layihələri ilə bağlı Ali Məsləhət Şurasına xəbərdarlıq edib

2021.10.20, 07:36
Mütəhhəri FATF layihələri ilə bağlı Ali Məsləhət Şurasına xəbərdarlıq edib

Gunaz.tv

GünAz TV: İran Milli Məclisinin deputatı Əli Mütəhhəri bildirib ki, Ali Məsləhət Şurasında Palermo və CFT kimi layihələrinin qəbulunun yubadılmasının ölkə üçün bir çox mənfi tərəfləri var.

 

Onun sözlərinə görə, İdman Nazirliyinin ölkə klublarına cəlb edilmiş xarici məşqçilərin əməkhaqlarını ödəməkdə çətinlik çəkməsi də bu səbəbdəndir.

 

Mütəhhəri həmçinin bəzi şəxslər və dövlət qurumlarını özlərinin və təmsil etdikləri siyasi qrupların mənafelərinə görə bu layihələrin qəbul edilməsinə əngəl törətməkdə ittiham edib.

 

Xatırladaq ki, bir neçə gün öncə “İstiqlal” futbol klubunun xarici baş məşqçisi aylıq məvacibinin ödənməsində problemlər yarandığına görə klubdan ayrılaraq İranı tərk etmişdi. Eləcə də, İran milli yığmasının baş məşqçisi Mark Vilmotsun əməkhaqqısının ödənməsində ləngimələr olduğu barədə məlumatlar yayılıb.

 

Əli Mütəhhəri Ali Məsləhət Şurasının sözügedən layihələrin qəbulunu gecikdirəcəyi təqdirdə, digər sektorlarda da böyük problemlərin meydana gələcəyini deyib.

 

“Hətta Rusiya, Çin və Türkiyə kimi ölkələrdə bəyan ediblər ki, rəsmi Tehran bu layihələrlə bağlı qərar verməsə, artıq İranla əməkdaşlıq edə bilməyəcəklər. Onlar buna səbəb kimi öz banklarının sanksiyalarla üzləşəcəyini göstərirlər”, - deyə deputat əlavə edib.

 

Mütəhhərinin fikirlərinə əsasən, layihələrin qəbulunun Şurada ləngiməsinin siyasi səbəbləri var.

 

O, sonda bir daha sözügedən layihələrin siyasi qrupların öz aralarında olan çəkişmələr səbəbindən qəbulunun gecikdiyini vurğulayıb.

 

Qeyd etmək lazımdır ki, İranda FATF layihələrinin qəbuluna qarşı çıxan əsas qrup “dini lider” Əli Xamneyiyə yaxın mühafizəkar siyasətçilərdir. Onlar bildirirlər ki, layihələr qəbul olunsa, İran Hizbullah kimi qruplaşmalara maliyyə yardımı edə bilməyəcək.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar