SON XƏBƏRLƏR

Muxtar İbrahimi Polis İdarəsinin təhlükəsizlik bölümünə çağırılaraq soğru-suala tutulub – Marağada

2021.10.20, 07:36
Muxtar İbrahimi Polis İdarəsinin təhlükəsizlik bölümünə çağırılaraq soğru-suala tutulub – Marağada

Gunaz.tv

GünAz TV: Marağanın Ettelaat İdarəsi bu şəhərin sakini olan azərbaycanlı milli-mədəni fəal Muxtar İbrahimiyə təzyiq göstərir.

 

Məlumata görə, M.İbrahimi avqustun 1-də telefon vasitəsi ilə Polis İdarəsinin təhlükəsizlik bölümünə çağırılaraq sorğu-suala tutulub.

 

Fəalın bir neçə saat təhdid və təzyiqlər altında dindirildiyi bildirilir. Təşkilatlarla əməkdaşlıq etmək, həmçinin yazdığı məqalələr və şəxsi Teleqram kanalı ilə ictimaiyyəti təşvişə salmaqda günahlandırılan fəal təhlükəsizlik qüvvələri tərəfindən təhdid edilib ki, Marağada hər hansı etiraz baş verərsə, bunun üçün o məsuliyyət daşıyacaq, məmurlar bu barədə hətta xüsusi xəbərdarlıq kağızı da yazıblar.

 

Muxtar İbrahimi iyulun 5-də də Ettelaat İdarəsinə çağırılaraq təhdidlər altında dindirilmişdir.

 

Fəal bundan əvvəl Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs edilib və müxtəlif təzyiqlərə məruz qalıb.

 

M.İbrahimi siyasi elmlər üzrə universitet məzunudur. İlk öncə nüvə fizikası ixtisası üzrə təhsil alan fəal sonralar siyasi elmlər ixtisasına keçib. Bu məsələ Ettelaat İdarəsində onun üçün bir çox problemlər yaradıb.

 

N.S

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar