SON XƏBƏRLƏR

Myanmadakı təbii fəlakətdə ölənlərin sayı 100 mini ötüb

2021.10.20, 07:36
Myanmadakı təbii fəlakətdə ölənlərin sayı 100 mini ötüb

Gunaz.tv
Myanmadakı təbii fəlakətdə ölənlərin sayı 100 mini ötüb myanmaqasirga.jpg Myanma – APA. Mayın 2-də baş verən “Nargis” tropik qasırğası zamanı Myanmanın (Birma) rayonlarının birində azı 80 min adam ölüb. APA-nın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, İravadi çayı deltasında yerləşən Labutti inzibati dairəsinin rəhbəri bu bölgədə yerləşən 63 kəndin əksəriyyətinin yer üzündən silindiyini açıqlayıb. ABŞ-ın Myanmadakı müvəqqəti işlər vəkili Şari Villarosa isə İravadi deltasında ölənlərin sayının 100 mindən çox olduğunu təxmin etdiyini deyib. Çünki bölgədəki yaşayış yerlərinin 95 faizi məhv olub. Myanmada iqtidarda olan xunta rejimi isə xarici yardımları qəbul etmədiyinə görə ciddi beynəlxalq təzyiqlə üzləşib. Fransanın xarici işlər naziri Bernar Kuşner BMT Təhlükəsizlik Şurasının Myanma hökuməti qarşısında xarici yardımları məcburi qaydada qəbul etmək barədə öhdəlik qoya biləcəyini söyləyib. ABŞ dövlət katibi Kondoliza Rays isə baş verənləri humanitar böhran adlandıraraq, bu ölkə hökumətini dərhal beynəlxalq yardımları qəbul etməyə çağırıb. ABŞ-ın Myanmadakı müvəqqəti işlər vəkili Ş. Vilarossa təbii fəlakətdən zərər çəkən rayonlarda içməli suyun və ərzaq ehtiyatının tükənməkdə olduğunu bəyan edib: “Vəziyyət belə davam edərsə, müxtəlif xəstəliklərin yayılması təhlükəsi var”. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar