SEPAH-ın casusluq və kəşfiyyat missiyasını həyata keçirən haker qrupu ifşa edilib

08.09.2022, 04:23

"Mandiant" kibertəhlükəsizlik şirkəti yeni hesabatında İran İnqilab keşikçiləri Korpusunun kəşfiyyat təşkilatına bağlı haker qruplarından birini üzə çıxarıb.

Gunaz.tv Quote | Gunaz article

Bu qrupun əsas əməliyyatlarına fişinq hücumları vasitəsilə insanların onlayn hesabları haqqında məlumat toplamaq, qurbanların onlayn fəaliyyətlərindən casusluq etmək, zərərli proqram hazırlamaq və yaymaq daxildir.

APT42 adlı bu qrupun fəaliyyətinin ilk izləri ən azı 2015-ci ilə aiddir. Bu qrupun məqsədləri daha çox strateji baxımdan İran İslam Respublikasının prioritetləri və maraqları ilə uzlaşan müxtəlif şəxslər və təşkilatlara qarşı casusluqdur.

Hədəf qurbanında etimad yaratmaq məqsədi ilə hazırlanmış APT42 əməliyyatlarına hökumət rəsmilərinin, siyasi xadimlərin və ya keçmiş İran siyasətçiləri, rejim əleyhinə qrupların fəalları, jurnalistlər və universitet müəllimlərinin şəxsi və təşkilati hesablarına giriş daxil olub.

Bu qrup öz qurbanlarının hesab məlumatlarını oğurlaya bildikdən sonra bəzən onların Windows cihazlarında və ya Android telefonlarında zərərli proqramlar quraşdırıb.

Bu zərərli proqram şəxsin yerini bildirə, telefon danışıqlarını yaza, telefondakı şəkillərə və videolara daxil ola və cihazdakı bütün mətn mesajlarını hakerə göndərə bilib.

Avstraliya, Avropa ölkələri, Yaxın Şərq və Amerika Birləşmiş Ştatları da daxil olmaqla 14 fərqli ölkədə 30-dan çox əməliyyatda APT42-nin izini davam etdirərək, bu qrupun müxtəlif dövrlərdə İslam Respublikasının prioritetləri haqqında fəaliyyət istiqamətini dəyişdiyini göstərib.

Cavidan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Urmu-Təbriz magistral younun ödənişləri bahalaşıb-Sürücülər narazıdır

2023-05-27

gun az article

"Bu, xalqı üz-üzə qoymaq cəhdidir"-Təbrizin millət vəkili hökuməti tənqid etdi

2023-05-27

gun az article

 “Azərbaycan dövləti güneyin problemlərinə laqeyd qalmayacaq”-Oktay Qasımov-MÜSAHİBƏ

2023-05-27

gun az article

"Urmu" və "Yağış" adlı əkizlərə 4 aydan sonra kimlik vəsiqəsi verildi

2023-05-27

gun az article

Milli fəal Hüseyn Amani Təbriz həbsxanasına köçürülüb

2023-05-27

gun az article

Urmuda ekoloji fəlakət: Şəhərçay ətrafı zibilxanaya çevrilib

2023-05-27

gun az article

“Körpü” verilişində müzakirə: “Türk dünyası və gündəm mövzular” -VİDEO

2023-05-26

gun az article

Milli fəallar müvəqqəti sərbəst buraxılıb

2023-05-26

gun az article

Sulduzda "May qiyamı"nın qurbanları anılıb

2023-05-26

gun az article

Təbrizdə uşaq qidaları tapılmır: Qıtlığın səbəbi açıqlandı

2023-05-26

gun az article

“Güney Hərəkatı dövlətçiliyin bərpası mərhələsinə keçir”-Çingiz Göytürk

2023-05-26

gun az article

19 yaşlı təbrizli şahmatçı İran çempionu oldu

2023-05-26

gun az article

Sarab zəlzələsində dağılan xəsarətləri açıqlandı

2023-05-25

gun az article

İran Ali Məhkəməsi Əkbər Nəiminin vəsatətini təmin etmədi

2023-05-25

gun az article

Təbrizdə partlayışda ölənlərin sayı artdı

2023-05-25

gun az article

Urmulu taksi sürücüləri etiraza qalxdı

2023-05-25

gun az article

İran məmurları qaşqay milli fəalın evinə basqın edib

2023-05-25

gun az article

“Görüş”də müzakirə: “Xordad qiyamının ildönümü və Berlin mitinqi” - VİDEO

2023-05-25

gun az article

Ərdəbildə "yaşıl soyqırım": Çoxillik ağaclar məhv edilir

2023-05-24

gun az article

Əhməd Obalının mühafizəsi gücləndirildi- "Tibb müəssisəsi ciddi nəzarətə götürülüb"

2023-05-24