SON XƏBƏRLƏR

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi: “İranın şər xarakterli regional hərəkətlərinə göz yummaq olmaz”

2021.12.01, 08:00
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi: “İranın şər xarakterli regional hərəkətlərinə göz yummaq olmaz”

Gunaz.tv

İranın Orta Şrq regionuna qarşı ciddi təhdid sayıldığını deyən Qrinfild deyib ki, BMT-nin Təhlükəsizlik Şurası İran və onun regiondakı apardığı fəaliyyətləri barədə əlavə iclaslar keçirməlidir.

“İsrail mütəmadi olaraq, İranın maliyyələşdirdiyi və dəstək verdiyi “Həmas” və “Hizbullah” terror təşkilatlarının hücumuna məruz qalır.

Hesab edirəm ki, İranın şər xarakterli regional hərəkətlərinə, onun məntəqə üçün təhdid sayılan nüvə ambisiyalarına və İsrailə olan nifrətinə göz yummaq olmaz və Təhlükəsizlik Şurası da bunlara göz yummamalıdır”, -deyə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas Qrinfild bildirib.

Qeyd edək ki, son günlər dünya mediası İsrail kəşfiyyatına istinadən İranın gizli şəkildə nüvə mərkəzlərində uranı 90 faiz səviyyəsində zənginləşdirməyə hazırlaşması barədə məlumatlar yayıblar. 

Bildirilir ki, İran uranı bu səviyyədə zənginləşdirərsə, artıq o atom bombası da istehsal edə biləcək.

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar