SON XƏBƏRLƏR

SEPAH-ın Qüds qüvvələrinin Tehrandakı qərargahına hücum edilib-VİDEO

2022.07.11, 07:16
SEPAH-ın Qüds qüvvələrinin Tehrandakı qərargahına hücum edilib-VİDEO

Gunaz.tv

Tehranın 5-ci bölgəsində, Bəsic küçəsinin "Himmət" və "Bakiri" kəsişməsində yerləşən qərargaha hücumdan sonra orada güclü partlayışların baş verdiyi bildirilir.

Adı çəkilən qərargah Tehranda baş verən dinc etirazlarda narazılara qarşı əməliyyatlar keçirən əsas bazalardan biridir.

Hücumun məsuliyyətini rəsmi olaraq heç bir təşkilat öz üzərinə götürməsə də, hücum əməliyyatı ilə bağlı İran Xalq Mücahidləri Təşkilatının xəbər yayması bundan öncə "Malik Əştər" qərargahına edilən hücum kimi bununda onlar tərəfindən həyata keçirildiyi ehtimalını artırır.

Qeyd edək ki, iyulun 1-i yerli vaxtla saat 21:15-də  SEPAH-ın Tehranda əsas bazalarından biri sayılan yarımhərbi “Bəsic” təşkilatının mənzil-qərargahında iki partlayış baş verib.  

Hadisədən bir gün sonra hökumətə müxalif İran Xalq Mücahidləri Təşkilatı partlayışın məsuliyyətini öz üzərinə götürüb.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar