SON XƏBƏRLƏR

SEPAH-ın kəşfiyyat "şef"inə sui-qəsd edilib-Onun xəstəxanaya yerləşdirildiyi bildirilir

2022.06.23, 06:02
SEPAH-ın kəşfiyyat "şef"inə sui-qəsd edilib-Onun xəstəxanaya yerləşdirildiyi bildirilir

Gunaz.tv

Bu barədə təsdiqlənməmiş məlumatlar yayılıb. Məlumatda bildirilir ki, sui-qəsd uğursuz olub.

Xəbərdə yaxın günlərdə barəsində irəli sürülən təhdidlərə görə vəzifəsi dondurulmuş kəşfiyyat rəhbərinin yaralandığı və Tehran xəstəxanalarından birinə yerləşdirildiyi bildirilir.

Qeyd edək ki, Hüseyn Taib xarici ölkələrdə İrana müxalif qüvvələrin oğurlanması, öldürülməsi və israillilərə qarşı terror əməliyyatlarının keçirilməsi ilə ad çıxarıb. 

O, bundan öncə İsrail vətəndaşları və obyektlərinə qarşı qısas əməliyyatlarının keçiriləcəyi barədə çıxışlar edib, İsrailin yer üzündən silinəcəyi barədə İran rəsmilərinin arzularını təkrarlayıb.

Bir neçə gün öncə İsrail rəsmiləri Türkiyədə israillilərə qarşı terror hücumları SEPAH-ın Kəşfiyyat İdarəsinin rəisi Hüseyn Taib tərəfindən planlaşdırıldığı barədə açıqlamalar veriblər.

Məlumatda qeyd edilir ki, son dövrlər İranda çoxlu sayda SEPAH zabitinin İsrail tərəfindən aradan götürülməsindən sonra Hüseyn Taib kəskin tənqid olunur və səhlənkarlıqda günahlandırılır.

Bununla yanaşı İsrail kəşfiyyatı yaydığı bəyanatda Hüseyn Taibi nəzarətdə saxladıqlarını və onun fəaliyyətlərini izlədiklərini açıqlayıb. 

Eyni halda SEPAH-ın kəşfiyyat bölməsinin komandiri nüvə alimləri və İnqilab Keşikçiləri Korpusunun zabitlərinin öldürülməsi ilə bağlı səhlənkarlıqda günahlandırılır və bir sıra İran rəsmiləri tərəfindən tənqid olunur.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar