SON XƏBƏRLƏR

SEPAH-ın kiber komandirlərinin kimliyi ifşa olunub

2022.09.12, 04:21
SEPAH-ın kiber komandirlərinin kimliyi ifşa olunub

Gunaz.tv

Albaniyanın infrastrukturuna kiberhücumdan sonra bu ölkə İranla siyasi əlaqələrini kəsib və Amerika İranın həm ETTELAAT Nazirliyinə, həm də bu nazirliyin başçısı İsmayıl Xətibə sanksiya tətbiq edib.

“Microsoft”un dərc etdiyi hesabata görə, bu hücumların arxasında İslam Respublikası tərəfindən dəstəklənən və bəziləri İran hüdudlarından kənardan idarə olunan dörd haker qrupu dayanıb.

Microsoft-un verdiyi məlumata görə, bu dörd qrup əvvəllər ETTELAAT Nazirliyinə bağlı olan "Europim" haker qrupu tərəfindən istifadə edilən və bir ildən çox müddət ərzində bir neçə kiberhücum həyata keçirən girişdən istifadə edib.

Kiber hücumlara dəstək verən şirkətlər və hücumlara başçılıq edənlərin bir neçəsinin adları məlum olub.

Məhəmmədbaqir Şirinkar, Məhəmmədhüseyn Şirinkar, Mehdi Haşimi Toğrulcerdi, Həmidrza Ləşgəriyan, Fatimə Zəhra Fərrux adlı şəxslərin kiberhücumlara rəhbərlik etfikləri bildirilir.

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar