SON XƏBƏRLƏR

MİT PKK-nın iki rəhbər şəxsini həbs edərək Türkiyəyə gətirib

2021.12.02, 13:35
MİT PKK-nın iki rəhbər şəxsini həbs edərək Türkiyəyə gətirib

Gunaz.tv

Bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nəticədə qruplaşmanın rəhbərliyində təmsil olunan Pərvin Arslan və Əmrah Adıgözəl həbs olunublar. Ə.Adıgözəl terror təşkilatının rəhbərlərindən Duran Kalkanın mühafizəçisi olub.

Terrorçular Türkiyəyə gətiriliblər və hüquq-mühafizə orqanlarına təhvil veriliblər. Lakin əməliyyatın hansı ölkədə keçirildiyi açıqlanmayıb.

2012-ci ildə terrorçuların sıralarına qoşulan “Məzlum Jir Agiri” kod adlı Əmrah Adıgözəlin İraqın Qara, Sincar və Hakurkda fəaliyyət göstərdiyi, 2020-ci ildən isə təşkilatın İran istiqaməti üzrə koordinatoru olduğu bildirilib.

Məlumatda həmçinin “Sarina/Diljin” kod adlı Pərvin Arslanın isə 2014-cü ildə terrorçularla əməkdaşlığa başladığı, İraqın şimalındakı Metina və Suriyanın şimalında fəaliyyət göstərdiyi, təşkilatın hücum, təxribat, sui-qəsd bölmələrinə yer aldığı qeyd olunub.

Onun 2019-cu ildən isə PKK-nın İran istiqaməti üzrə xüsusi tapşırıqları yerinə yetirən qrupun rəhbəri olduğu vurğulanıb. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar