SON XƏBƏRLƏR

"Mənəvi dəyərlər və müasir gənclik"- Bakıda seminar keçirilib

2021.11.17, 11:14
"Mənəvi dəyərlər və müasir gənclik"- Bakıda seminar keçirilib

Gunaz.tv

Tədbirdə çıxış edən ADPU-nun Tarix və Coğrafiya fakültəsinin “Azərbaycan tarixi” kafedrasının müdiri, dosent Naibə Əhmədova milli-mənəvi dəyərlərin qorunması istiqamətində Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin gördüyü işlərdən bəhs edib.

O, Dini Komitənin yaradılmasını, tarixi abidə və məscidlərimizin qorunmasını, mənəvi dəyərlərimizin təbliği ilə bağlı görülən işləri müsbət məqamlar kimi qeyd edib.

“Müasir İnkişaf” İctimai Birliyinin sədri Mübariz Göyüşlü QHT-lərin, dövlət qurumlarının, alimlərin, ictimai xadimlərin, medianın mənəvi dəyərlərin qorunması ilə bağlı çalışmalrından, aparılan təbliğat işlərinin 44 günlük Vətən müharibəsində də özünü göstərməsindən çıxış edib.

M.Göyüşlü tədbir iştirakçısı olan gənclərə müraciət edərək onları əldə olunan qələbəni qorumağa və daha da möhkəmləndirməyə səsləyib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov dəyərlər, onun dəyişilməsi, yenilənməsi ilə bağlı fikirlərini bölüşüb. M.İsmayılov Qərb və Şərq dəyərlərindən danışaraq onların müqayisəli təhlilini aparıb.

index6jpg-1637091000.jpg

Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə doktoru Əhməd Niyazov dinlər haqqında ümumi məlumat verdikdən sonra, İslam haqqında, onun gözəllikləri barəsində fikirlərini çatdırıb. Ə.Niyazov bir sıra radikal qrupların mənfi əməllərindən bəhs edərək onların İslama aidiyyatı olmadığını vurğulayıb.

ADPU-nun Tarix və Coğrafiya fakültəsinin dosenti Mübariz Ağalarlı şanlı tarixi keçmişdən danışaraq onu yaşatmağın əhəmiyyətindən söz açıb. O, İslam dinində sünni-şiə ixtilafı yaratmaq istəyənlərin əməllərini pisləyərək Nadir şah Əfşarın bu məsələdə göstərdiyi çalışmaları örnək almağı vacib sayıb.

ADPU-nun Tarix və Coğrafiya fakültəsinin tələbəsi Anar Qarayev mənəvi dəyərlərin qorunmasının vacibliyindən. bu istiqamətdə gənclərin üzərinə düşən vəzifələrdən bəhs edib.

Sonda belə tədbirlərin QHT-lərin, alimlərin, gənclərin, ictimai xadimlərin, jurnalistlərin və s. iştirakı ilə müntəzəm keçirilməsinin vacibliyi vurğulanıb.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar