SON XƏBƏRLƏR

İranda qeyri-fars dillərinə təzyiqlər etiraz doğurdu: Sosial şəbəkədə kampaniya başladı

2022.02.02, 15:25
İranda qeyri-fars dillərinə təzyiqlər etiraz doğurdu: Sosial şəbəkədə kampaniya başladı

Gunaz.tv

Sosial media istifadəçiləri tvitterdə kampaniya başladaraq İranın təkdilli sisteminin qeyri-fars xalqlara törətdiyi çətinliklər yaratdığını bildirib.

İranın qeyri-fars xalqların icmalarına mənsub sosial media istifadəçiləri ölkədə etnik azlıqlara qarşı mövcud olan ayrı-seçkiliklər ilə əlaqədar kampaniya başladıblar.

Türk, ərəb, kürd, türkmən, bəluç, gilək, lur və digər etnik icmalarının nümayəndələrindən ibarət istifadəçilər həyatlarının müxtəlif dönəmlərində yaşadıqları ayrı-seçkiliklərə dair təcrübələrini “Mən və Farsca” həştəqi ilə paylaşırlar.

“#Mə və farsca” (Mənofarsi) həştəgi ilə başladılan kampaniyada qeyri-fars xalqların nümayəndələri ana dillərində təhsil ala bilmədikləri üçün əzab çəkdiklərini qeyd ediblər. 

Sosial media istifadəçiləri təhsil alarkən farsca danışmağa məcbur olmanın acı təcrübələrini, eləcə də ləhcəyə malik olduqları üçün üzləşdikləri təhqirləri bölüşüblər.

“#Monofarsi” həştəqi ilə beynəlxalq konvensiyalarda nəzərdə tutulan dil hüquqlarının pozulmasına və İranın təhsil sistemində onlara qarşı uyğulanan ayrı-seçkiliyə etiraz ediblər.

C.E
 

Açıklama yok.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar