Ana dili hərəkatı fəalı Əlirza Fərşi irəli sürülən ittihamlardan bəraət alıb

10.11.2022, 12:12

Ana dili hərəkatı fəalı Əlirza Fərşi irəli sürülən ittihamlardan bəraət alıb. Bu barədə Tehran əyalətinin Apellyasiya Məhkəməsinin 78-ci Şöbəsi qərar çıxarıb.

Gunaz.tv Quote | Gunaz article

Böyük Tehran Həbsxanasının (Fəşafuyə) digər 8 keçmiş məhbusu ilə birlikdə Azərbaycan Milli Hərəkatının fəalı Əlirza Fərşi, Tehran əyalətinin Apellyasiya Məhkəməsinin 78-ci Şöbəsinin qərarı ilə irəli sürülən ittihamlardan bəraət alıb.

Qərarda Əlirza Fərşi və başqa 8 məhbusa qarşı irəli sürülən ittihamların sübutu üçün yetərli dəlillərin olmamasından onların barəsində yeni ittihamların əsassız sayıldığı bildirilib.

Xatırladaq ki, bundan öncə Güney Azərbaycan Milli Hərəkatının fəalı Əlirza Fərşi "Böyük Tehran" zindanının başqa 8 keçmiş məhbusu ilə birlikdə 11 ay 15 gün həbs və 50 şallaq zərbəsinə məhkum edilmişdi.

Əlirza Fərşi və onunla eyni bölmədə saxlanılan başqa siyasi məhbuslar 2021-ci il sentyabrın 28-də ağır cinayətlərdə ittiham olunan təhlükəli məhkumlar tərəfindən hücuma məruz qalmışdı.

İnsidentdən sonra siyasi məhbuslar aldıqları bədən xəsarətlərinə görə zindanın tibb məntəqəsinə, oradan isə dini mərasimlərin keçirildiyi bölməyə, daha sonra isə 9-cu palataya köçürülmüşdülər.

Qeyd edək ki, Əlirza Fərşi 2014-cü ilin iyul ayının 21-də Tehran şəhərində beynəlxalq ana dili günü mərasimində iştirak etdiyi üçün digər milli fəallar ilə birlikdə İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınıb, neçə gün saxlanıldıqdan sonra müvəqqəti olaraq məhkəmə iclasına qədər sərbəst buraxılmışdı.

"İranın milli təhlükəsizliyini pozmaq qəsdi ilə qruplaşmada iştirak etmək" ittihamı ilə 2 il həbs və 2 il sürgünə edilib, 2020-ci ilin iyul ayının 21-də bu milli fəal yaxalanıb və iki illik həbs cəzasını çəkmək üçün Tehran şəhərinin Evin həbsxanasına köçürülüb. 

Timur

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Təbrizdə avtobus kirayələri kəskin artdı

2023-03-29

gun az article

Təbrizili sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

2023-03-29

gun az article

Güney Azərbaycanda müəllimlər etiraz aksiyaları keçiriblər

2023-03-29

gun az article

 “Özümüz” proqramında müzakirə: “Osmanlı-Səfəvi ilişkisi”  - VİDEO

2023-03-29

gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27

gun az article

“Dəyirmi masa”: “İranın Azərbaycana qarşı təhdidləri” və “Azərbaycanlıların Brüssel toplantısı” -VİDEO

2023-03-26

gun az article

Həmədanda Azərbaycan mahnısına görə restoran bağlandı

2023-03-26

gun az article

Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

2023-03-25

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24