SON XƏBƏRLƏR

Ana dili hərəkatı fəalı Əlirza Fərşi zindana qayıdıb

2022.09.15, 04:59
Ana dili hərəkatı fəalı Əlirza Fərşi zindana qayıdıb

Gunaz.tv

Onun nəzarət məntəqəsində 8 saat gözlədildikdən sonra Evin zindanının karantin bölməsinə aparılıb.

Onun şəxsi əşyalarını və kitablarını özünə verməyiblər.

Tibbi məzuniyyətdə olan Əlirza Fərşi sentyabrın 11-də Tehran Apellyasiya Məhkəməsinin 36-cı bölməsinə gedib.

Orada ona elektron qandalı təhvil verib zindana qayıtmalı olduğunu bildiriblər.

Fəala 4 il həbs və Xuzistan əyalətinin Bağməlik bölgəsinə 2 illik sürgün cəzasının icra ediləcəyini deyilib.

Gözündə aparılan cərrahi əməliyyatdan sonra həkimlərin müalicəni davam etdirməsi ilə bağlı rəyi məhkəmə tərəfindən nəzərə alınmayıb.

Qeyd edək ki, Əlirza Fərşi 2020-ci ilin iyul ayının 21-də yaxalanıb və iki illik həbs cəzasını çəkmək üçün Tehran şəhərinin Evin həbsxanasına köçürülüb. 

Bir neçə gün öncə ona açılan yeni cinayət işinə görə, həbs cəzası 2 il artırılaraq 4 il çatdırılıb.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar