SON XƏBƏRLƏR

Ana dili məhbusu Əlirza Fərşinin məzuniyyət müddəti uzadılıb

2022.03.13, 06:49
Ana dili məhbusu Əlirza Fərşinin məzuniyyət müddəti uzadılıb

Gunaz.tv

O, bu barədə martın 12-də özünün soaial media hesabında etdiyi paylaşımda bilgi verib.

Əlirza Fərşi əməliyyatdan sonra müalicə prosesinin davam etdirilməsi üçün məzuniyyət müddətinin daha bir müddət uzadılması barədə qərarın Baharistan şəhərinin Ümumi və İnqilab Məhkəməsinin Qərarların İcrası İdarəsinin 2-ci bölməsinin hakimi Vəliullah Heydərnejad tərəfindən verildiyini bildirib.

Milli fəal yanvarın 27-də elektron qandalla Tehranın “Bina” xəstəxanasına yerləşdirilib və  gözündən əməliyyat (Kornea transplantasiyası) edilib.

Əlirza Fərşi 2020-ci ilin iyul ayının 21-də saxlanılıb və iki illik həbs cəzasını çəkmək üçün Tehran şəhərinin Evin həbsxanasına köçürülüb. 

Qeyd edək ki, müxtəlif zindanlarda saxlanılan başqa güneyli siyasi və ana dili məhbuslarına bayram öncəsi məzuniyyətə buraxılmaları ilə bağlı müraciətlərinə cavab verilmir.

Tehranın Evin zindanında saxlanılan və uzun müddətli həbsə məhkum edilən mədəni fəal Əkbər Nəiminin yaxınlarının verdiyi məlumata görə, zindan məsulları  onun məzuniyyətə buraxılması ilə bağlı müraciətlərə cavab vermirlər.

Martın 9-da İran Zindanları Təşkilatının başçısı Qulaməli Məhəmmədi sərəncam imzalayaraq təhlükəli məhbusların tibbi və bayram məzuniyyətinə buraxılmalarına qadağa qoyub.

Güneyli fəalın məzuniyyətə buraxılmaması dil və mədəniyyət sahəsində çalışan Nəiminin İran hökumətinin gözündə təhlükəli məhbus olduğunu göstərir. 

Qeyd edək ki, Əkbər Nəimi iyunun 19-da Təbrizdə həbs edilərək Tehranın Evin həbsxanasına köçürülüb.

Onun məhkum olduğu 9 il 8 ay həbs cəzası Apellyasiya Məhkəməsi tərəfindən təsdiqlənib və o Tehranın “Evin” zindanına köçürülüb.

O, "qanunsuz qrupa üzv olmaq", "milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq" və "rejimin müxalif qruplarının xeyrin təbliğat aparmaq" ittihamlarında müvafiq olaraq 5 il, 4 il və 8 ay həbs cəzasına məhkum edilib.

Bununla yanaşı Nəiminin 2 il müddətinə ölkədən xaric olmasına və eləcə də siyasi partiyalara və ictimai qruplara üzv olmasına qadağa qoyulub.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar