SON XƏBƏRLƏR

Nadir Qazipur Qərbi Azərbaycanda yeni məsulun təyinatı ilə bağlı xəbərdarlıq edib

2021.10.20, 07:36
Nadir Qazipur Qərbi Azərbaycanda yeni məsulun təyinatı ilə bağlı xəbərdarlıq edib

Gunaz.tv

GünAz TV: Qərbi Azərbaycan Əyalətində növbəti dəfə yerli olmayan bir şəxsin yüksək vəzifəyə gətirilməsi ilə bağlı xəbərlər yayılıb.

 

Məlumata görə, hökumət Qərbi Azərbaycan İslami İrşad və Mədəniyyət İdarəsini yerli olmayan və təcrübəsiz birinə tapşırmaq istəyir.

 

Bu məsələ Urmiyənin İran parlamentindəki millət vəkili Nadir Qazipurun etirazına səbəb olub. Millət vəkili hökumət saytlarından biri ilə danışıqda bildirib ki, “Dövlət Qərbi Azərbaycan İslami İrşad və Mədəniyyət İdarəsinə elə bir şəxsi rəis seçməlidir ki, o, əyalətin bütün xüsusiyyətləri ilə tanış olsun. Həmin şəxs bütün məzhəblər, dil və ləhcələrlə də uzlaşmağı bacarmalıdır.”

 

N.Qazipur sözügedən postun təcrübəli müdir tələb etdiyini dəfələrlə diqqətə çatdırıb. “Qərbi Azərbaycan Əyalətində müxtəlif qövmlər, ləhcələr və məzhəblər mövcuddur. Ona görə də İrşad və Mədəniyyət İdarəsinin rəhbərliyinə yetkin və təcrübəli bir şəxs gərəkir”- deyə o vurğulayıb.

 

Son günlərdə Qərbi Azərbaycan İslami İrşad və Mədəniyyət İdarəsinin rəhbərlik postuna icra işlərində heç bir təcrübəsi olmayan bir şəxsin təyin edilməsi ilə bağlı məlumatlar yayılıb.

 

İran rejimi Qərbi Azərbaycan Əyalətinin ən həssas postlarına yerli olmayan müdirlər, o cümlədən radikal kürd kökənli şəxsləri təyin edir. Bu məsələ hər zaman Azərbaycan Milli Hərəkat fəalları və bəzi yerli məsulların etirazına səbəb olub.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar