SON XƏBƏRLƏR

Nadir Qazipur “Şəhrdari” komandalarının ləğvi ilə bağlı edilən təklifə belə reaksiya verdi

2021.10.20, 07:36
Nadir Qazipur “Şəhrdari” komandalarının ləğvi ilə bağlı edilən təklifə belə reaksiya verdi

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət Nadir Qazipur Urmiyə Şəhər Şurası üzvlərinin Bələdiyyə İdarəsisinin idman klubunun ləğv edilməsi ilə bağlı təklifinə kəskin qarşı çıxıb.

 

O bu barədə avqustun 9-da “Pana” xəbər agentliyinə danışıb.

 

“Voleybol Urmiyə gənclərinin qeyrət və namusudur. Mən heç vaxt icazə vermərəm ki, kimsə Urmiyə voleybolunun inkişafına xələl gətirsin”- deyə o bildirib.

 

Millət vəkili voleybolsuz Urmiyəni təsəvvür etmədiyini də xüsusi vurğulayıb. O bildirib ki, “Urmiyəsiz voleybol, voleybolsuz Urmiyə ola bilməz. Urmiyə Bələdiyyə İdarəsi voleybol komandalarını qoruyub saxlamalı, onlara dəstək verməlidir.”

 

Avqustun 6-da Urmiyə Şəhər Şurasının 5 üzvü Şura rəisinə məktub ünvanlayaraq Urmiyə Bələdiyyəsinin klubu, yəni “Şəhrdari” adı daşıyan bütün idman komandalarının ləğv edilməsini tələb ediblər. Şura üzvləri bu təklifi maliyyə problemləri ilə əlaqələndirib.

 

Azərbaycan idmanının əleyhinə hesablanmış məktub Hüseyn Bəxşayeşi, Zülfəli İbrahimi, Əbdulrəhman Nəqşin, Məsud Paki və Hüseyn Pənahi tərəfindən imzalanıb.

 

Təbrizdə isə Bələdiyyə İdarəsinin idman klubu və nəticə etibarı ilə “Şəhrdari” adı daşıyan bütün komandalar artıq ləğv olunub. Bu, Təbriz Şəhər İcra Hakimiyyəti başçısının müdaxiləsi və Şəhər Şurasının bəzi üzvlərinin tələbi əsasında baş verib. 

 

Azərbaycan gəncləri o halda belə məhdudiyyətlərlə üzləşir ki, İranın mərkəzi şəhərlərində dövlətin dəstəyi hesabına idman komandalarının imkanları günü-gündən artır. Təkcə Tehranın “Perspolis” və “İstiqlal” futbol komandalarına hər il dövlət tərəfindən milyardlar tümən vəsait ayrılır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar