Nadir Qazipur: “Türkdilli Deputatlar Fraksiyasının əsasnaməsi yazılacaq”

2016-11-16 15:49

GünAzTV: İranın Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiyadan ölkə parlamentinə yol tapan deputat Nadir Qazipur, “Uromnews” saytına açıqlamasında 100-dən çox deputatın iştirakı ilə yenicə yaradılmış Türkdilli Deputatlar Fraksiyasından və onun təmsil etdiyi bölgələrdən danışıb.

 

Qazipur deyib ki, Türkdilli Deputatlar Fraksiyası Azərbaycan türklərindən başqa həm də İranın digər əyalət və şəhərlərində toplu şəkildə yaşayan bütün türkləri təmsil edəcək: “Bu fraksiya, azərbaycanlılara, qaşqaylara, türkmənlərə, eləcə də Tehranda, Kərəcdə, Qaimşəhrdə, Şimali Xorasanda, İsfahanda, Kohkiluye və Boyer Əhməddə, Həmədanda və ümumiyyətlə İranın digər bölgələrində toplu halda yaşayan bütün türklərə məxsusdur və onların hamısının bu fraksiyada nümayəndələri var. Misal üçün, Tehranın fraksiyadakı üzvü cənab Məhcub, özü farsdillidir. Lakin o, təmsil etdiyi bölgədə türklər yaşadığına görə bu fraksiyanın üzvü olub.

 

Hesab edirik ki, İranın istənilən bölgəsinin abadlaşması və inkişafı millətin xeyrinədir. Lakin Azərbaycan xalqının qeyrətindən anlayışı olmayan və sistemə müxalif olan bir qrup savadsız şəxslər, bu fraksiyanın əleyhinə çıxır, xalq arasında nifaq salmağa çalışırlar. Bu fraksiyanın əsas hədəflərindən biri isə ölkənin məhrum, imkansız və geridə saxlanılmış bölgələrinin inkişafına yardım etməkdir. Fraksiyanın isə ilk toplantısında 5 nəfər təyin ediləcək və onlar Türkdilli Deputatlar Fraksiyasının əsasnaməsini yazıb hazırlayacaqlar”.

 

Xatırladaq ki, oktyabrın 30-da İranda 100-dən çox türk deputatının iştirakı ilə yaranmış Türkdilli Deputatlar Fraksiyasının ilk iclası keçirilib. Türklərin toplu şəkildə yaşadığı əyalət və bölgələrdən parlamentə yol tapan deputatların ilk iclasında təbrizli deputat, İran parlamentinin sədrinin canişini Məsud Pezeşkiyan fraksiyanın sədri, urmiyalı deputat Nadir Qazipur ilə ərdəbilli deputat Rza Kərimi isə onun canişinləri vəzifəsinə seçilib. İclasda həmçinin Mərənd və Culfa şəhərlərindən seçilən deputat Məhəmməd Həsən Nəjad və təbrizli deputat Şəhabəddin Bimiqdar katib, təbrizli deputat Zəhra Sai isə fraksiyanın sözçüsü vəzifəsinə təyin edilib.

 

Fraksiyanın fəaliyyətə başlaması və onun funksiyası barədə jurnalistlərə açıqlama verən sözçü Zəhra Sai deyib ki, İran parlamentinin 25 deputatı artıq Türkdilli Deputatlar Fraksiyasının mərkəzi şurasının üzvüdür: “Türklərin yaşadığı bölgələrin probleminin həlli istiqamətində strateji idarəçiliyin təmin edilməsi, həmin bölgələrin potensialından maksimum dərəcədə istifadə olunması, ölkədə müvazinətli inkişafı təmin etmək, eləcə də milli birliyin gücləndirilməsi və inkişafı, fraksiyanın əsas hədəflərindən sayılır”.

A.M

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV March.03.2021 : “Mayda Birləşmiş Ştatlarda bütün Amerikalılara yetəcək qədər vaksin olacaq”

2021-03-03

gun az article

GünazTV March.03.2021 : “Amerika düşünür ki, İran Yəmən konfiliktinə alov vurur”

2021-03-03

gun az article

Yoluxma azaldı, ölüm sayı artdı

2021-03-03

gun az article

Zəngilan rayonunun Beşdəli kəndindən görüntülər - Fotolar + VİDEO

2021-03-03

gun az article

İranda koronavirusdan daha 86 nəfər vəfat edib, 8 525 nəfər virusa yoluxub (Rəsmi statistika)

2021-03-03

gun az article

İranın Kirman əyalətinin Faryab şəhərində 4 bal gücündə zəlzələ baş verib

2021-03-03

gun az article

İraqda ABŞ qüvvələrinin yerləşdiyi bazaya raket zərbələri endirilib

2021-03-03

gun az article

Sistan-Bəlucistanda “Sepah”ın iki avtomobilinə hücum edilib. 5 “Sepah”çı öldürülüb, 3-ü girov götürülüb

2021-03-03

gun az article

Ermənilər Qarabağa qayıtmaq istəmirlər – ARAŞDIRMA

2021-03-03

gun az article

Qarabağ ermənisinin pasportunda doğum yeri Azərbaycan yazılıb

2021-03-03

gun az article

ABŞ-da ağır yol qəzası nəticəsində 15 nəfər ölüb

2021-03-03

gun az article

Səfir: "İran işğaldan azad olunan ərazilərin bərpasında iştirak etmək istəyir"

2021-03-03

gun az article

Mehriban Əliyeva Od çərşənbəsi münasibəti ilə hər kəsi təbrik edib - FOTO

2021-03-03

gun az article

GünazTV March.02.2021 : “Amerika Birləşmiş Ştatlarınını Prezidenti Coe Bayden İrana xəbərdarləq etdi. Diqqətli ol”

2021-03-02

gun az article

Türkiyə - Ermənistan sərhədləri açıla bilər... – CHP-li deputatdan AÇIQLAMA

2021-03-02

gun az article

Azərbaycanda daha 352 nəfər COVID-19-a yoluxub, 143 nəfər sağalıb,2 nəfər vəfat edib

2021-03-02

gun az article

İranda koronavirusdan daha 86 nəfər ölüb, 8 495 nəfər xəstəliyə yoluxub (Rəsmi statistika)

2021-03-02

gun az article

Möhsün Rzayi: “İran Qarabağa girməlidir. Azərbaycan Respublikası və İran iki ölkədə olan bir millətdir” - Fotolar

2021-03-02

gun az article

Azərbaycan Ordusunun avtomobil karvanı Qırmızı Bazardan keçdi

2021-03-02

gun az article

Ərdoğan Azərbaycanla Türkiyə arasında daha bir vacib sənədi TƏSDİQLƏDİ

2021-03-02