SON XƏBƏRLƏR

Nadir Qazipur türklər və ermənilərlə bağlı İranın ikili siyasətinə etiraz bildirib – VİDEO

2021.10.20, 07:36
Nadir Qazipur türklər və ermənilərlə bağlı İranın ikili siyasətinə etiraz bildirib – VİDEO

Gunaz.tv

GünAz TV: Urmiyənin İran parlamentindəki millət vəkili ermənilərin Tehranda keçirdiyi aksiyaya etiraz edərək İran dövlətinin türklərlə bağlı ikili siyasət yürütdüyünü tənqid edib.

 

Millət vəkili bu barədə aprelin 25-də parlamentin plenar iclasında xəbərdarlıq edib. O İran Konstitusiyasının 27-ci maddəsinə istinad edərək bildirib ki, “Bu maddəyə əsasən hər hansı yığıncaqda silah daşınmırsa və islamın əsaslarına qarşı deyilsə, ona icazə verilməlidir.”

 

Millət vəkili bununla bərabər, hökumətin türklərlə əlaqədar ikili siyasət yürütdüyünü də tənqid edib. O vurğulayıb ki, “ermənilərə aksiya keçirmək üçün icazə verilir, lakin biz türklərə bu icazə verilmir.”

 

Azərbaycanlı millət vəkili sözlərinin davamında Daxili İşlər Nazirliyindən ən azı Beynəlxalq Əmək Günündə fəhlələrin aksiya keçirməsinə icazə verməsini tələb edib.

 

https://www.youtube.com/watch?time_continue=23&v=-UrBKhgXrKk

 

 

Ermənilər hər il paytaxt Tehranda uydurma erməni soyqırımının ildönümü kimi qəbul etdikləri “24 aprel”də Türkiyəyə qarşı yürüş-mitinqlər həyata keçirir. Bütün bunların İran rejiminin dəstəyi ilə baş verdiyi kimsəyə gizli deyil. Hər il ermənilərin etiraz yığıncağı keçirildiyi zaman bir neçə azərbaycanlı fəal təhlükəsizlik qüvvələri tərəfindən saxlanılır.

 

İki gün öncə aprelin 24-də minlərlə erməni Tehranın Villa xiyabanda toplaşaraq İran polisinin dəstəyi ilə Türkiyə səfirliyinə qədər yürüş ediblər. Onlar Türkiyə dövləti və əhalisinə qarşı şüarlar səsləndirib.

 

Bütün bunlar o halda baş verir ki, İranda azərbaycanlıların ətraf mühit, məişət məsələləri, əmək haqqı və s. kimi problemlərlə bağlı etiraz aksiyası siyasi yığıncaq kimi qəbul olunur və heç bir yığıncağa icazə verilmir. Nadir Qazipurun iddia etdiyi ikili siyasət də elə bu məsələlərə işarədir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar