SON XƏBƏRLƏR

Nadir Qazipur Urmu gölü ilə bağlı 150 millət vəkilinin İran rəhbərinə müraciət etdiyini bildirib

2021.10.20, 07:36
Nadir Qazipur Urmu gölü ilə bağlı 150 millət vəkilinin İran rəhbərinə müraciət etdiyini bildirib

Gunaz.tv

GünAz TV: Urmiyənin millət vəkili 150 deputatın Urmu gölü böhranı ilə bağlı İranın dini rəhbəri Əli Xamneyiyə məktubla müraciət etdiyini deyib.

 

Nadir Qazipurun mətbuata verdiyi məlumata görə, məktubda Milli İnkişaf Fondundan gölün canlandırılması üçün maliyyə mənbələri tələb olunub.

 

Millət vəkili bildirib ki, sözügedən maliyyə mənbələri Urmu gölünə su intiqal edilməsi layihəsini sürətləndirə bilər.

 

Onun sözlərinə görə, məktub müxtəlif siyasi mövqedə olan deputatlar tərəfindən imzalanıb, artıq imzaların sayı 150-yə çatıb.

 

Nadir Qazipur məktubun yaxın zamanda Əli Xamneyiyə göndəriləcəyini bildirib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar