SON XƏBƏRLƏR

Nadir Qazipur: Urmu gölünə baxış keçirmək ona görə prezidentin səfər proqramına daxil edilməyib ki,...

2021.10.20, 07:36
Nadir Qazipur: Urmu gölünə baxış keçirmək ona görə  prezidentin səfər proqramına daxil edilməyib ki,...

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, İran prezidenti Həsən Ruhani yaxın günlərdə Qərbi Azərbaycan Əyalətinə səfər edəcək.

 

Prezidentin Güney Azərbaycan əhalisi üçün böyük əhəmiyyət kəsb edən Urmu gölünə baxış keçirməyəcəyi məlum olub. Bu barədə Qərbi Azərbaycan Valiliyinin ötən günlərdə elan etdiyi açıqlamada məlumat yayılıb.

 

Urmiyənin İran parlamentindəki millət vəkili Nadir Qazipur “Fars” xəbər agentliyinin müxbiri ilə danışığında məsələyə öz münasibətini bildirib.

 

“Prezidentin səfəri zamanı Urmu gölünə baxış keçirməməsi, gölün canlandırılması ilə bağlı aparılan işlərin məğlubiyyətə uğradığını göstərir. Buna səbəb göl haqda qərar verməli olan şəxslərin Urmu Gölünü Canlandırma Mərkəzində yer almamasıdır. Gölün dirçəldilməsi üçün çalışan komanda artıq məğlub olub. Lakin prezident bunu etiraf etmək istəmir. Biz isə yaxşı dərk etmişik ki, bəziləri “məğlub olduq” sözünü işlədəcək qədər cəsarətli deyil”- deyə o bildirib.

 

Azərbaycanlı millət vəkili sözlərinin davamında Urmu Gölünü Canlandırma Mərkəzini növbəti dəfə tənqid edib. O bildirib ki, bu qurumun fəaliyyət uğursuzdur. Mən onu Azərbaycanın Ölümü Mərkəzi adlandırmışam. Təəəssüflər olsun ki, bəziləri paytaxtda saraylarda oturub gölün canlandırılması ilə bağlı qərar qəbul edir. Elə ona görə də qurumun fəaliyyəti məğlubiyyətə uğradı.

 

“Prezident Qərbi Azərbaycana səfər etdiyi zaman ondan Urmu Gölünü Canlandırma Mərkəzinin Energetika Nazirliyi və ya Qərbi Azərbaycan Valiliyinə tapşırılmasını istəyəcəm. Bu baş verərsə, biz müxtəlif tədbirlər keçirərək gölün canlandırılması üçün müəyyən işlər görə bilərik.

 

Qeyd edək ki, prezidentin böhran içində olan Urmu gölünə baxış keçirməyəcəyi ilə bağlı məlumat yayıldıqdan  sonra ona qarşı etirazlar artıb. Həsən Ruhani 5 il yarım əvvəl seçkiqabağı təbliğat-təşviqat dönəmində Azərbaycan türk millətinə Urmu gölünü canlandırmaq və Təbrizdə türk dili və ədəbiyyatı mədəniyyət evinin yaradılması ilə bağlı vəd vermişdir. Həsən Ruhani verdiyi vədi bu günə qədər yerinə yetirməyib, hətta onun prezidentlik dövründə Urmu gölündə suyun həcmi təxminən 3 milyard kubmetrdən 1 milyard kubmetrdən də aşağı düşüb. Bütün bunlar Azərbaycanda Həsən Ruhaniyə qarşı ciddi etimadsızlıq yaradıb, ona görə də onun Qərbi Azərbaycan Əyalətində etirazla qarşılaşacağı gözlənilir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar