SON XƏBƏRLƏR

Nalbandyan nala-mıxa vurur . Ermənistan ABŞ-la da, Rusiya ilə də, İranla da, yeri gəlsə Türkiyə ilə də dostluq edəcək

2021.10.20, 07:36
Nalbandyan nala-mıxa vurur . Ermənistan ABŞ-la da, Rusiya ilə də, İranla da, yeri gəlsə Türkiyə ilə də dostluq edəcək

Gunaz.tv
Nalbandyan nala-mıxa vurur Ermənistan ABŞ-la da, Rusiya ilə də, İranla da, yeri gəlsə Türkiyə ilə də dostluq edəcək Ermənistanın yeni xarici işlər naziri Edvard Nalbandyan Xankəndinin Qarabağ nizamlanması üzrə danışıqlar prosesinin iştirakçısı qismində cəlb olunmasını məqsədəuyğun hesab etdiyini bir daha təkrarlayıb. "Vasitəçilər - Minsk qrupunun həmsədrləri regiona gələndə demək olar ki, həmişə Qarabağ rəhbərliyilə görüşməyə çalışırlar. Ermənistan prezidenti və xarici işlər naziri Azərbaycan tərəfilə görüşdən öncə və sonra daim Qarabağ rəhbərliyilə məsləhətləşmələr aparır. Yəni Qarabağ danışıqlar prosesində dolayısı ilə iştirak edir. Ancaq hesab edirəm ki, Stepanakertin (Xankəndinin) danışıqlar prosesində birbaşa iştirakı münaqişənin nizamlanmasını yaxınlaşdıra bilər" - deyə E.Nalbandyan "Nezavisimaya qazeta"ya müsahibəsində bildirib. "Kosovo presedenti"nin Qarabağda münaqişənin nizamlanmasına mənfi təsir etməsilə bağlı sualın cavabında nazir deyib ki, əgər problemin həllinə səmimi cəhdlər varsa, heç bir "presedent" bu yolda əngəl ola bilməz. XİN rəhbəri Azərbaycanın işğal olunmuş torpaqlarını nəyin bahasına olursa-olsun azd etmək barədə verdiyi bəyanatlara da toxunub. "Bu yaxınlarda Azərbaycanda ictimai rəy sorğusu keçirilib. Nəticədə məlum olub ki, əhalinin 29 faizi məsələnin hərbi yolla həllinə tərəfdardır. Bu, çox təhlükəli tendensiyadır və Azərbaycanda daim səslənən hərbi ritorikanın nəticəsidir" - deyə E.Nalbandyan vurğulayıb. "Müharibə cavab, həll variantı ola bilməz. Danışıqlar prosesinə alternativ yoxdur" - deyə nazir vurğulayıb. O, həmçinin qeyd edib ki, Yerevan siyasi prioritetini dəyişməyəcək, əvvəlkitək Rusiya və ABŞ ilə münasibətlərə xüsusi diqqət yetirəcək: "Rusiya ilə xalqlarımız arasında ənənəvi dostluq tellerinə əsaslanan müttəfiqlik, strateyi əməkdaşlıq Ermənistan üçün mühüm önəm daşıyır və biz bundan sonra da yeni qarşılıqlı sərfəli layihələrin reallaşması vasitəsilə bu münasibətləri genişləndirmək və möhkəmləndirmək niyyətindəyik". XİN rəhbəri əlavə edib ki, Ermənistan, həmçinin ABŞ ilə dostcasına tərəfdaşlığı dərinləşdirəcək, avrointeqrasiya proseslərinə cəlb olunmaq üçün səylərini artıracaq: "Biz tərəfdaşlığımızın dostcasına əməkdaşlıq xarakteri daşıdığı ölkələrlə münasibətləri bundan sonra da davam etdirməyə hazırıq və aramızda hələ də həll edilməmiş məsələlərin qaldığı ölkələrlə münasibətlərin yaxşılaşdırılmasına səy göstərəcəyik. Biz yaşadığımız regionun təhlükəsiz və sabit regiona çevrilməsində maraqlıyıq" - deyə nazir bildirib. E.Nalbandyan ABŞ Dövlət Departamentinin bu günlərdə dərc edilmiş hesabatında Yerevanla Tehran arasında əməkdaşlığın tənqid olunmasına da toxunub: "Beynəlxalq öhdəliklər çərçivəsində İranla açıq, transparet əməkdaşlıq bizim tərəfdaşlarımız üçün narahatlıq predmeti olmamalıdır". O, Ermənistan-Türkiyə münasibətlərində irəliləyişin nə dərəcədə real olması barədə sualın cavabında isə qeyd edib ki, problemlər nə qədər mürəkkəb olsa da, onlar konstruktiv dialoq vasitəsilə öz həllini tapmalıdır və tapa bilər: "Bu xalqlarımızın və regionumuzun, ümumilikdə bütün regionun maraqlarına cavab verəcək". Azər NURİYEV kaspi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar