SON XƏBƏRLƏR

Anar Kərimov: "Şuşada iki kilsə məscidlərlə bərabər bərpa ediləcək"

2021.11.24, 15:42
Anar Kərimov: "Şuşada iki kilsə məscidlərlə bərabər bərpa ediləcək"

Gunaz.tv

Bunu mədəniyyət naziri Anar Kərimov "Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi" konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, Şuşada tarixi mədəni abidələr, məscidlər və kilsələr bərpa edilir: "Bununla dünyaya bəyan edirik ki, Azərbaycan xalqı abidələri dağıtmır, əksinə etnik mənsubiyyətindən asılı olmayaraq orada bərpa işləri aparılır. Şuşada iki kilsə məscidlərlə bərabər bərpa ediləcək".

A.Kərimov bildirib ki, Azərbaycan işğaldan azad edilən ərazilərə sülhlə qayıdır: "Orada davamlı sülh olsun ki, davamlı inkişafı təmin edək, icmalararası əlaqə bərpa edilsin. Bunu o xalq edir ki, bütün bəlalara baxmayaraq, yenidən mədəniyyətlərin dirçəlməsindən danışır". (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar