SON XƏBƏRLƏR

Anar Rzayev: “Azad edilən ərazilərə avtobus reysləri humanitar inteqrasiyada mühüm rol oynayacaq”

2022.01.24, 08:42
Anar Rzayev: “Azad edilən ərazilərə avtobus reysləri humanitar inteqrasiyada mühüm rol oynayacaq”

Gunaz.tv

Bunu azad olunmuş ərazilərə bu gün ilk müntəzəm avtobus reysinin açılış mərasimində Azərbaycan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev deyib.

O bildirib ki, ilk olaraq Şuşaya 2 reys, Ağdama 2 reys, 4 reys isə Əhmədbəyliyə start verilib.

"Bütün marşrutlar üzrə biletlər satışdadır. Aktivlik kifayət qədər yüksəkdir. Bilet satışı davam edir. Şuşaya yol 6 saat 30 dəqiqə, Ağdama isə 6 saatdır. Şuşa və Ağdamda ziyarət üçün 2 saat yarım vaxt ayrılır ki, oradakı yerləri gəzmək mümkün olsun. Bundan sonra avtobus eyni sərnişinlərlə geri dönəcək.

Şuşaya reyslər cədvəllər üzrə şənbə və bazar günləri həyata keçiriləcək", - A. Rzayev qeyd edib.  (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar