Nardaran qəsəbəsində növbəti əməliyyat-axtarış tədbiri keçirilib

2016-11-02 13:52

GünAz TV: Ayrı-ayrı vətəndaşlar tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah, partlayıcı maddə və qurğuların aşkar edilərək yığılması məqsədilə daxili işlər orqanları tərəfindən Sabunçu rayonu Nardaran qəsəbəsində növbəti əməliyyat-axtarış tədbiri həyata keçirilib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində əvvəllər məhkum edilmiş Nardaran qəsəbə sakini Orxan Qasımov şübhəli şəxs qismində saxlanılıb.

 

Bölmədə hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman ümumi çəkisi 0.810 qram heroin aşkar edilərək götürülüb.

 

O. Qasımovun ətrafında əlavə olaraq keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun Nardaran qəsəbəsi, Abşeron küçəsində hasarın dibində gizlətdiyi 23 ədəd qumbara alışqanı, 3 ədəd “Makarov” tipli tapançaya məxsus güllə, 2 ədəd qumbara zapalı, 2 ədəd bıçaq, 16 ədəd alışdırıcısı və 8 ədəd fitil aşkar edilərək götürülüb.

 

Qeyd edilən faktlarla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

 

Daxili İşlər Nazirliyi bir daha vətəndaşlara müraciət edərək bildirir ki, əllərdə saxlanılan qanunsuz odlu silah-sursat, partlayıcı maddə və qurğular könüllü olaraq hüququ-mühafizə orqanlarına təhvil verilməlidir.

 

Qeyd edək ki, könüllü olaraq polisə təqdim edilən qanunsuz silah-sursata görə, vətəndaş məsuliyyətə cəlb edilmir.

 

Analoji hal polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar edildiyi halda isə, qanunsuz odlu silah-sursat saxlayan şəxs Cinayət Məcəlləsinin  müvafiq maddələri ilə məsuliyyətə cəlb ediləcək. apa

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İran rəsmisi: “Ölkədə koronavirusdan ölənlərin sayı rəsmi statistikada elan edilənlərdən 3-4 dəfə çoxdur”

2020-10-26

gun az article

Düşmən Tərtər rayonunu atəşə tutub

2020-10-26

gun az article

MN: Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun Laçının Səfiyan kəndindəki bölmələrini artilleriya atəşinə tutub

2020-10-26

gun az article

MN: Ermənistan yeni atəşkəs rejimini kobud surətdə pozub

2020-10-26

gun az article

MN: Azərbaycan Ordusu atəşkəs rejiminə tam riayət edir

2020-10-26

gun az article

Prezident İlham Əliyev: "Həll yolu Azərbaycanın ərazi bütövlüyünə əsaslanır"

2020-10-25

gun az article

İranda daha 296 nəfər koronavirusdan ölüb, 6191 nəfər virusa yoluxub

2020-10-25

gun az article

MN: Qoşunlarımız cəbhənin Xocavənd, Qubadlı və Laçın rayonları ərazisində düşmənə ciddi zərbə vurub

2020-10-25

gun az article

Müdafiə Nazirliyi: Düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib

2020-10-25

gun az article

“Ərazilər dronla işğaldan azad edilmir, onu əsgər azad edir”

2020-10-24

gun az article

Ermənistan ordusunun pilotsuz uçuş aparatı vurulub

2020-10-24

gun az article

Müdafiə Nazirliyi: Azərbaycan əsgəri beynəlxalq hüquqla müəyyən edilmiş normalar çərçivəsində davranır

2020-10-24

gun az article

İranda koronavirusdan ölənlərin sayı 32 000 nəfəri keçib

2020-10-24

gun az article

İranın İsfahan əyalətində daha 31 nəfər koronavirusdan vəfat edib

2020-10-24

gun az article

İran rəsmisi: “Azərbaycan və Ermənistan sərhədçilərinə xəbərdarlıq etmişik”

2020-10-24

gun az article

Ermənilər Xankəndidə İlham Əliyevi belə izlədi

2020-10-24

gun az article

MN: Ağdərə, Xocavənd, Füzuli, Hadrut və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib

2020-10-24

gun az article

Müdafiə Nazirliyi: Düşmənin bir neçə dayaq məntəqəsi dağıdılıb və vacib yüksəkliklər azad edilib

2020-10-24

gun az article

İran Silahlı Qüvvələrinin sözçüsü Ermənistan və Azərbaycana xəbərdarlıq etdi

2020-10-23

gun az article

İranda daha 335 nəfər koronavirusdan vəfat edib, 6134 nəfər “Covid-19”a yoluxub

2020-10-23