SON XƏBƏRLƏR

Nasir Ətəbati: “Ərdəbil Əyalətində 1100 nəfərdən çox məhbus məzuniyyətə buraxılıb”

2021.10.20, 07:36
Nasir Ətəbati: “Ərdəbil Əyalətində 1100 nəfərdən çox məhbus məzuniyyətə buraxılıb”

Gunaz.tv

GünAz TV: Ərdəbil Əyaləti Ədliyyə İdarəsinin rəisi əyalət həbsxanalarında saxlanılan 1100 nəfərdən çox məhbusun məzuniyyətə buraxıldığını bildirib.

 

Nasir Ətəbatinin sözlərinə görə, məhbuslar camiənin bugünkü vəziyyətinə uyğun olaraq İran Məhkəmə Sisteminin rəisinin göstərişinə əsasən evə buraxılıb.

 

Ədliyyə İdarəsinin rəisi camiənin vəziyyəti deyəndə böyük ehtimalla koronavirus epidemiyasını nəzərdə tutub.

 

O bu barədə geniş məlumat veməyib, yalnız bildirib ki, məzuniyyətə buraxılan məhbuslarla bağlı yerli polis idarələrində dəqiq məlumat var.

 

Nasir Ətəbati vurğulayıb ki, məhbuslar məzuniyyətdə olduqları müddətdə qanun pozuntusuna yol verəcəyi təqdirdə onlara qarşı ciddi tədbir alınacaq və məzuniyyətləri ləğv olunacaq.

 

Qeyd edək ki, Ərdəbil həbsxanasında saxlanılan güney azərbaycanlı fəallardan Rəhim Qulami bir neçə gün əvvəl məzuniyyətə buraxılıb. Lakin digər milli-mədəni fəallar Abbas Lisani və Yusif Kari hələ də həbsxananın 7-ci bölümündə saxlanılır.

 

İran həbsxanalarında koronavirus epidemiyası baş qaldırdıqdan sonra məhbusların taleyi ilə bağlı nigaranlıqlar artıb. Cəmiyyəti təmsil edən müxtəlif qurumlar siyasi məhbuslar və adi ittihamlara görə həbs edilən təhlükəsiz məhbusların müvəqqəti sərbəst buraxılmasını tələb edir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar