SON XƏBƏRLƏR

Nasir Xülusi azadlığa buraxılıb

2021.10.20, 07:36
Nasir Xülusi azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal mühəndis Nasir Xülusi 4 ay həbsdən sonra azadlığa buraxılıb.

 

O fevralın 15-də Təbrizin Mərkəzi Zindanından azad edilib.

 

Azərbaycanlı fəal 2017-ci il oktyabrın 30-da 6 aylıq həbs cəzasını çəkmək üçün təhlükəsizlik qüvvələri tərəfindən Təbrizdə atası evində yaxalanaraq zindana aparılmışdır.

 

N.Xülusi 2017-ci il iyunun 28-də Urmiyə Məhkəməsinin 2-ci Şöbəsi tərəfindən 6 il həbs cəzasına məhkum edilib.

 

Azərbaycanlı fəal sistemin əleyhinə təbliğ etmək və milli təhlükəsizliyi pozmağa cəhd göstərməkdə günahlandırılıb. O irəli sürülən ittihamları rədd edir.

 

Fəal 2017-ci il yanvarın 23-də Təbrizdən Urmiyəyə gedərkən saxlanılıb. O Təbriz İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) təknəfərlik kamerasında 21 gün saxlandıqdan sonra fevralın 13-də Təbriz zindanının karantin bölümünə intiqal edilib, bir müddət sonra isə 500 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

 

N.Xülusi Təbriz şəhərində yaşayır, o inşaat mühəndisidir.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar