SON XƏBƏRLƏR

NATO çağırır, Bakı fikirləşir...

2021.10.20, 07:36
NATO çağırır, Bakı fikirləşir...

Gunaz.tv
NATO çağırır, Bakı fikirləşir... Araz Əzimov: "Hərbi Alyansa üzvlük maraqlarımıza uyğun gəlməsə, ona yaxın durmayacağıq" "Əgər görsək ki, NATO-ya üzvlük Azərbaycanın potensial problemlərini həll etmək üçün yararlı olar, onda buna gedərik". Bunu Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov "Eksrpess"ə bəyan edib. Nazir müavini hesab edir ki, üzvlük təkcə Azərbaycandan asılı deyil, NATO və digər tərəflərin də mövqeyi nəzərə alınmalıdır: "Hamı hazır olandan sonra Azərbaycan NATO-ya üzvlük məsələsinə baxacaq, əslində, indi də baxır. Lakin bu, NATO-nun gözəl gözlərinə görə deyil. Əgər üzvlük bizim maraqlarımıza uyğun gəlməsə, ona yaxın durmayacağıq". Əzimov dönə-dönə vurğulayıb ki, Bakı NATO ilə spekulyasiya etmək istəmir və öz maraqlarından çıxış edəcək. Nazir müavinin bu bəyanatı NATO rəsmilərinin Bakını islahatları sürətləndirməyə və Alynasa üzvlük üçün müraciət etməyə çağırmasından sonraya təsadüf edir. Srağagün Bayılda açılan NATO-nun yay məktəbində təşkilatın rəsmisi deyib ki, hərbi alyansa üzvlük Azərbaycanın özündən asılıdır. O, diqqəti buna yönəldib ki, NATO ilə əlaqələr digər sahələrlə yanaşı müdafiə və təhlükəsizlik islahatlarını da nəzərdə tutur. Gizli deyil ki, regiolnda balanslı siyasət yürütməyə çalışan Azərbaycan NATO-ya inteqrasiya məsələsində tərəddüd keçirir. Hərbi Alyans isə rəsmi Bakıdan strateji seçim gözləyir. "Bizim qapılarımız açıqdır, ölkələr yalnız prosedur tədbirləri həyata keçirdikdən sonra bu qapıya gələ bilərlər", - NATO nümayəndəsi Robert Simmons yazda Bakıda olarkən demişdi. Ancaq Əzimov NATO-ya inteqrasiyadan danışarkən Qafqaz və Xəzər regionundakı ümumi təhlükələri də vurğulayıö. Bakının narahatlığı nədədir? Hər şeydən öncə, Azərbaycan tərəfi Şimali Atlantika Blokundan Qarabağ məsələsində aktivlik gözləyir. Əslində, münaqişəli Azərbaycan NATO-nun özü üçün də "şıltaq tərəfdaş" hesab olunur. NATO isə Qarabağ məsələsinə də baş qoşmur, yalnız "nəzarət etdiyini" bildirir. Perspektivdə Şimal Alyansının münaqişənin nizamlamasında adı bir tək Dağlıq Qarabağda yerləşdirilə biləcək beynəlxalq sülhməramlılar məsələsində hallandırılır. Hərçənd, NATO yetkililəri bu barədə də konkret danışmırlar: "Müraciət ilk növbədə, tərəflərdən gəlməlidir". Bununla belə, NATO-dan Bakıdan "daha çox aktivlik" gözləyirlər. Əzimov Avropa və avroatlantik strukturlara inteqrasiya və qarşılıqlı əlaqələrin genişləndirilməsinin Bakının xarici siyasətində prioritet istiqamətlərdən olduğunu bəyan edərək, bu yöndə yeni fəaliyyət planının əlavə imkanlar açdığını vurğulayıb. Ə.Raufoğlu express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar