SON XƏBƏRLƏR

NATO ilə əməkdaşlıq Avropaya.inteqrasiyanın bir hissəsidir

2021.10.20, 07:36
NATO ilə əməkdaşlıq Avropaya.inteqrasiyanın bir hissəsidir

Gunaz.tv
NATO ilə əməkdaşlıq Avropaya inteqrasiyanın bir hissəsidir Bakıda Azərbaycanın Avroatlantik məkana inteqrasiyasına dair konfrans keçirilir Dünən Bakıda "Azərbaycanın Avroatlantik məkana inteqrasiyası və demokratik seçkilər" adlı ikigünlük konfrans öz işinə başladı. Tədbiri Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarsinin rəisi, Azərbaycan Hüquqşunaslar Konfedarasiyasının İdarə heyətinin üzvü Faiq Qurbanov açaraq konfransın məqsədlərindən bəhs etdi. O qeyd etdi ki, Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası, ölkədə demokratiyanın inkişafının beynəlxalq təcrübəni öyrənməyi zəruri edir. F.Qurbanov bildirdi ki, 2008-ci ilin Azərbaycanda seçkilər ilinə təsadüf etməsi bu məsələləri daha da aktuallaşdırır. Oun sözlərinə görə, konfransın keçirilməsinin də məqsədi Azərbaycanın Avroatlantik məkana inteqrasiyasının ictimai müzakirəsi, demokratik dəyərlərin inkişafına müqayisəli baxış, Avroatlantik məkana inteqrasiyada demokratik seçkilərin əhəmiyyətinin ictimaiyyətə çatdırılması və NATO ilə Azərbaycan arasında inkişaf edən əməkdaşlığa bir baxışdır. Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç bildirdi ki, ölkəsi Azərbaycanın Avroatlantik məkana inteqrasiyası yolunda atdığlı addımları yüksək qiymətləndirir. "Torpaqlarının işğaldan azad edilməsi yönündə mücadilə etmək məcburiyyətində qalan Azərbaycan bir dövlət üçün çox qısa sayıla biləcək zaman aralığında bir çox işlərin öhdəsindən gələrək beynəlxalq ictimaiyyətlə bütünləşib, demokratikləşmə yolunda çox mühüm addımlar atıb"- deyə səfir vurğuladı. O qeyd etdi ki, Azərbaycan Dağlıq Qarabağ problemi ilə qarşı-qarşıya qalmasına rəğmən içinə qapılmayıb. Əksinə, bölgədəki proseslərə qarşı anlaşıqlı bir dövlət olub: "Türk millətinin səmimi birliyi Dağlıq Qarabağ probleminin ən qısa zamanda beynəlxalq hüquq çərçivəsində və Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq şəkildə dəstəkləməlidir. Avroatlantik məkana inteqrasiya baxımından Azərbaycan MDB ölkələri sırasında qabaqcıllığı ələ alıb. Türkiyə həmişə Azərbaycanın yanında olub. Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkə olan Türkiyə siyasi, iqtisadi və digər sahələrdə də rəsmi Bakıya dəstək verib: "Eyni dildə danışdığımız, ortaq mədəniyyətə sahib olduğumuz Azərbaycan Türkiyənin Orta Asiyaya açılan qapısı funksiyasını daşımaqdadır. Eyni zamanda, Avropaya inteqrasiya baxımından Türkiyə Azərbaycanın Qərbə açılan qapısıdır". Azərbaycanın Avroatlantik məkana inteqrasiyası çərçivəsində NATO ilə əməkdaşlığın xüsusi önəm kəsb etdiyini qeyd edən səfir bildirdi ki, Türkiyə bu istiqamətdə gərəkən addımları atmaqda davam edəcək. H.Kılıç, həmçinin bu ilin oktyabrında keçiriləcək seçkilərin tam demokratik və dünya standartlarına uyğun olacağına inam ifadə etdi: "Demokratik seçkilər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına imkan verəcək". Daha sonra tədbirdə Azərbaycanın NATO-dakı daimi nümayəndəsi Kamil Xasıyev Avroatlantik məkana inteqrasiya yolunda atılan addımlardan danışdı. O bildirdi ki, Azərbaycan üçün NATO-ya inteqrasiya xüsusi önəm kəsb edir. Səfir qeyd etdi ki, Azərbaycan MDB məkanında NATO-nun Sülh və Tərəfdaşlıq Proqramına qoşulan ilk ölkələrdən biridir. K.Xasıyev Azərbaycanın hər il 250-dən artıq NATO tədbirində iştirak etdiyini vurğuladı. Onun sözlərinə görə, bu, Cənubi Qafqaz ölkələri arasında ən yüksək göstəricidir: "1997-ci ildə Azərbaycan MDB ölkələri sırasında ilkin dövlət olaraq NATO-nun planlaşdırma və analiz prosesinə qoşuldu. Bu proses Azərbaycanın NATO-nun müdafiə işinə daha da yaxınlaşması məqsədi daşıyır. O vaxtdan başlayaraq Azərbaycanın Silahlı Qüvvələri üzərinə artan sayda tərəfdaşlıq məqsədləri götürüb. Tərəfdaşlıq məqsədləri NATO-nun hərbi, təlim və texniki standartlarını nəzərdə tutmaqla NATO qüvvələri ilə hərbi uyarlığın əldə edilməsinə yönəldilib. Hazırda Azərbaycan 50-dən çox tərəfdaşlıq məqsədləri həyata keçirir". K.Xasıyev vurğuladı ki, NATO ilə Fərdi Tərəfdaşlıq Proqramı çərçivəsində Müdafiə Nazirliyində islahatlar planlaşdırılır. Artıq bu islahatların icrasına başlanılıb. Tədbirdə iştirak edən NATO-nun baş katibinin ictimai diplomatiya üzrə köməkçisi Yan Fransua Buro Azərbaycanın NATO ilə əməkdaşlığının Avroatlantik məkana və burudakı qurumlara inteqrasiyanın bir hissəsi olduğunu dedi. NATO təmsilçisi Azərbaycanın alyansla əməkdaşlığından razılığını ifadə etdi. O qeyd etdi ki, NATO ilə Fərdi Əməkdaşlıq Planı reallaşdırılmağa başlanılandan sonra Azərbaycan çox şeyə nail olub. "Ümidvarıq ki, Azərbaycan NATO-nun ən uğurlu tərəfdaşlarından biri olacaq" - deyə baş katibin köməkçisi vurğuladı. ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Dersi bildirdi ki, ölkəsi Azərbaycanın Avroatlantik məkana inteqrasiyasını dəstəkləyir. Bu il həm ABŞ-da, həm də Azərbaycanda seçki ili olduğunu xatırladan səfir bildirdi ki, bu, demokratiya, qanunun aliliyi kimi əsas dəyərlərin gücləndirilməsi üçün bir imkandır. Səfir Azərbaycanda prezident seçkilərinin demokratik keçirilməsinin vacibliyini vurğuladı. O qeyd etdi ki, bu, Azərbaycanın Avroatlantik məkana inteqrasiyasına da müsbət təsir göstərə bilər. Xatırladaq ki, konfransın keçirilməsinə təşkilati dəstəyi NATO və Türkiyənin Azərbaycandakı səfirliyi göstərir. Konfransın işində 100-dən çox nümayəndə iştirak edir. Onların arasında beynəlxalq ekspertlər və respublikanın rəsmi şəxsləri də yer alıb. Konfrans bu gün öz işini davam etdirəcək. İlham QULİYEV kaspi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar