SON XƏBƏRLƏR

NATO İranın raket proqramından və Orta Şərqin sabitliyinə qarşı yönəlmiş fəaliyyətindən nigaran qaldığını bildirib

2021.10.20, 07:36
NATO İranın raket proqramından və Orta Şərqin sabitliyinə qarşı yönəlmiş fəaliyyətindən nigaran qaldığını bildirib

Gunaz.tv

GünAzTV: NATO-ya (Şimali Atlantika Müqaviləsi Təşkilatı) üzv 29 ölkə rəhbərlərinin iyulun 11-də Brüsseldə keçirilən sammitində, İranın raket proqramının və Orta Şərqin sabitliyinə qarşı yönəlmiş fəaliyyətinin nigaranlığa səbəb olduğu bildirilib. 

 

İranın raket sınaqlarından ciddi narahat olduqlarını bildirən sammit iştirakçıları birgə bəyanat yayaraq, bildiriblər ki, NATO, İranın nüvə proqramının dinc xarakter daşımasından və heç vaxt nüvə silahı istehsal etməyəcəyindən əmin olmaq üçün üzərinə öhdəlik götürüb: “Biz, terrorizmə verilən hər hansı bir maliyyə dəstəyi pisləyirik. Biz həm də İranın regionda yaraqlı dəstə və qruplaşmalara yardım və dəstəyinin dayandırılmasını istəyirik.

 

Hesab edirik ki, İran bölgədə sülhün bərqərar olunmasına yardım etməklə, terrorizmə qarşı mübarizədə konstruktiv rol oynamalıdır. İran həmçinin raket sınaqlarını dayandırmalı, bölgədə, o cümlədən də Orta Şərqdə sabitliyə qarşı yönəlmiş fəaliyyətindən əl çəkməlidir”.

 

 

 A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar