SON XƏBƏRLƏR

NATO-nu SEÇMƏK MƏQAMI YETİŞİB.Elxan ŞAHİNOĞLU

2021.10.20, 07:36
NATO-nu SEÇMƏK MƏQAMI YETİŞİB.Elxan ŞAHİNOĞLU

Gunaz.tv
NATO-nu SEÇMƏK MƏQAMI YETİŞİB elxanshahinoglu44_444.jpg Elxan ŞAHİNOĞLU «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Bakıda yenə NATO həftəsi başlayıb. Budəfəki yüksək rütbəli qonağımız NATO-nun Əməliyyatlar Bölməsi Planlaşdırma Şöbəsinin rəhbəri Dieqo Ruis Palmerdir. “Azadlıq” radiosunun internet saytında və APA agentliyinin xəbərlər blokunda NATO rəsmisinin açıqlamalarına diqqət yetirdim. “Azadlıq” radiosunun NATO rəsmisinə istinadla xəbər başlığı beləydi: “Azərbaycan NATO-ya üzvlük üçün arzusunu bildirməlidir”. APA-nın xəbər başlığı isə fərqliydi: “Azərbaycanın NATO-ya üzvlüyü məsələsi gündəmdə deyil”. İlk baxışdan eyni adamın dilindən çıxan və bir-birini döyən açıqlamalardır. Ancaq hər ikisini birləşdirdikdə maraqlı kompozisiya alınır: “Azərbaycan NATO-ya üzvlük üçün arzusunu bildirmədiyindən ölkənizin quruma üzvlük məsələsi gündəmdə deyil”. Aydındır ki, APA agentliyinin başlığa çıxardığı xəbər forması rəsmi Bakının işinə daha çox yarayır. Çünki “NATO üzvlüyü gündəmdə deyil” fikri rəsmilərimizin dilindən düşmür. “Azadlıq” radiosu isə düz hədəfə vuraraq NATO rəsmisinin konkret nə istədiyini ortaya qoyub. Məsələn, radionun xəbərinə görə, cənab Palmer deyib ki, Azərbaycan NATO-nun açıq qapı siyasətindən yararlanaraq quruma üzvlük üçün arzusunu bildirməlidir. O, fikrini belə tamamlayıb: “Bakının öz siyasi seçimini bildirməsi üçün vaxt yetişib”. Bu deyilənlərin yalnız bir mənası var: “NATO-ya üzv olmaq istəyinizi yubatmayın və hərəkətə keçin”. Rəsmi Bakı isə hələ hərəkətə keçmək fikrindən uzaqdır. Xarici işlər nazirinin müavini Araz Əzimov «Azadlıq» radiosuna deyib ki, NATO-ya üzvlüklə bağlı qərar çıxarmaq sadə məsələ deyil. Azərbaycan yaxın tərəfdaş ölkələrin təcrübələrini nəzərdən keçirəcək. Başqa sözlə, biz dəlləkliyi Gürcüstan və Ukraynanın başları üzərində öyrənmək yolunu seçmişik. Yəni görək Gürcüstan və Ukrayna NATO-ya necə üzv olurlar, Rusiya maneəsini necə aşırlar, silahlı qüvvələrini necə modernləşdirirlər, ondan sonra biz də qərarımızı verərik. Əzimov “NATO-nun bölgədə genişlənməsinin müsbət və mənfi aspektrləri var” deyərkən yəqin elə bunları nəzərdə tuturmuş. Ancaq NATO daha gözləmək istəmir. Azərbaycanla indiki əməkdaşlıq səviyyəsi Şimali Atlantika Blokunu qane etmir. Əgər NATO rəsmiləri əvvəlki illərdə Azərbaycanın quruma üzv olması gərəkliyini bağlı qapılar arxasında səsləndirirdilərsə, hazırda Palmer və digər rəsmilərinin diliylə bunu açıq dilə gətirirlər. Azərbaycanın NATO-ya üzvlüyünü Türkiyə də istəyir. Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç NATO-nun Bakıdakı tədbirində çıxış edərək “NATO o biri qurumlarla müqayisədə sülh və əmin-amanlığın qorunmasında daha önəmli rol oynayır” ifadəsini səsləndirib. Səfir Palmerdən bir qədər fərqli diplomatik üsluba üstünlük versə də, onun açıqlamasından çıxan nəticə də eynidir: “NATO-ya üzv olmağa tələsin”. NATO Gürcüstan və Azərbaycan vasitəsilə Cənubi Qafqazda möhkəmlənmək istəyir. Rusiya amilindən çəkinməsək, bu üzvlük bizə də gərəklidir. Öz neft və qazımızla birgə Qazaxıstan neftinin, Türkmənistan qazının məmləkətimiz üzərindən təhlükəsiz şəraitdə dünya bazarlarına daşınmasında NATO-nun təcrübəsi və dəstəyinə ehtiyacımız var. Bir də ki, silahlı qüvvələrimizin də NATO standartlarına keçməsi vaxtı çoxdan yetişib. Ordumuza ilbəil ayrılan milyard dollarları yalnız NATO-ya bağlı idaretmə sistemi yararlı şəkildə xərcləyə bilər. Azərbaycan 1994-cü ildən NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramının üzvüdür. Üstündən 14 il keçib. Bəs deyilmi? Hər bir əməkdaşlığın hədəfi olmalıdır. Necə ki Avropa Birliyinin Qonşuluq Proqramına üzvlük hədəfimiz Avropa Birliyinə üzvlüyü yaxınlaşdırmaqdırsa, Sülh Naminə Tərəfdaşlıq Proqramının son hədəfi də NATO-ya üzvlük vaxtını qısaltmaqdır. Palmer vaxtın yetişdiyini deyir...

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar