SON XƏBƏRLƏR

NATO-nun İKİNCİ GÜCLÜ ORDUSUNUN KOMANDANI QATI TÜRKÇÜDÜR

2021.10.20, 07:36
NATO-nun İKİNCİ GÜCLÜ ORDUSUNUN KOMANDANI QATI TÜRKÇÜDÜR

Gunaz.tv
NATO-nun İKİNCİ GÜCLÜ ORDUSUNUN KOMANDANI QATI TÜRKÇÜDÜR Türkiyə Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi İlkər Başbuğ dünyəviliyin qorunmasında sərt davranacaq 5142.jpg Xəbər verildiyi kimi, Türkiyə Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi postuna quru qoşunlarının komandanı, ordu generalı İlkər Başbuğ təyin edilib. Başbuğun təyinatı Türkiyə ilə yanaşı Qərb mətbuatı tərəfindən də geniş müzakirə olunur. 63 yaşlı İ.Başbuğ 1943-cü ildə Türkiyənin Afyonkarahisar bölgəsində anadan olub. 1962-ci ildə quru qoşunlarının hərbi məktəbini bitirib və kiçik zabit kimi xidmətə başlayıb. Sonradan o, Quru Qoşunları Akademiyasını bitirib, bir müddət Belçikada NATO qüvvələrinin qərargahında kəşfiyyatın planlaşdırılması üzrə xidmət keçib. 1989-cu ildə briqada generalı rütbəsi alan İ.Başbuğ həmin ildən NATO-nun Monsdakı hərbi qərargahında xidmətini davam etdirib, bir sıra yüksək hərbi vəzifələr tutub. 1994-cü ildə rütbəsi artırılaraq korpus generalı olan İ.Başbuğ Türkiyəyə çağırılıb və II ordu komandanı postuna təyin edilib. 2002-ci ildə ona ordu generalı rütbəsi verilib. Bu rütbədə o, I ordu komandanı, Baş Qərargah rəisinin müavini və quru qoşunlarının komandanı vəzifələrində xidmət edib. General İ.Başbuğ olduqca intellektual, ölkədə və dünyada gedən prosesləri yaxşı analiz edib nəticə çıxarmağı bacaran komandan kimi tanınır. Qərb mətbuatı isə onun siyasi İslama qarşı mövqeyi üzərində dayanıb. “The Gardian” qəzeti xatırladır ki, İ.Başbuğ çıxışlarından birində siyasi İslamı Türkiyə üçün təhdid adlandırıb. “Türkiyədə güclü əsgərlər islamçılığa qarşı sərt qaya kimi duruşu ilə tanınan yeni ordu komandanı təyin edərək ölkənin dünyəvi sisteminə sarsılmaz mesaj göndərdi”,- deyə qəzet yazır. Qəzetin yazdığına görə, İ.Başbuğun təyinatından sonra ordu ilə hökumət arasındakı gərginlik yumşala bilər. Bildirilir ki, İ.Başbuğ həm də Türkiyənin NATO və İsraillə hərbi əməkdaşlığına güclü dəstək verən biridir: “Başbuğ ötən il keçmiş xarici işlər naziri Abdullah Gülün islamçı keçmişi ilə bağlı prezident olmasını önləmək üçün uğursuz təşəbbüslə çıxış edərək ordunu AKP ilə qarşıdurmaya çəkən və uduzmaqda suçlanan ordu generalı Böyükanıta nisbətən daha güclü hesab edilir”. Fransanın “Le Monde” qəzeti də İ.Başbuğun dünyəviliyin böyük müdafiəçisi olduğunu bildirib. Qəzetin yazdığına görə, NATO-nun II ordusunun komandanı postuna Türkiyə dövlətinin təməlində dayanan dünyəvilik prinsiplərini qorumaqda qərarlı olan generalın təyin edilməsi AKP-nin bağlanmasına dair Konstitusiya Məhkəməsindəki prosesin yekunlaşmasından az sonraya təsadüf edib: “Generallar son illərdə Avropa Birliyinin istəyi ilə aparılan islahatlar nəticəsində siyasətə daha az müdaxilə etsələr də ictimaiyyətin böyük dəstəyinə sahibdir”. Xəbər xidməti

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar