SON XƏBƏRLƏR

NATO-nun Ukrayna "marşı. Rəsmi Kiyev Rusiyadan uzaqlaşır

2021.10.20, 07:36
NATO-nun Ukrayna "marşı. Rəsmi Kiyev Rusiyadan uzaqlaşır

Gunaz.tv
NATO-nun Ukrayna "marşı Rəsmi Kiyev Rusiyadan uzaqlaşır NATO-nun baş katibi Skopfferin rəhbərliyi ilə nümayəndə heyətinin Kiyevdə danışıqlara başlaması Rusiyanı əməlli-başlı silkələyib. NATO Ukrayna ilə üzvlüyü də özündə birləşdirən mövzular üzrə müzakirələr aparır. Ukraynanın rəsmi dairələri ölkənin Şimali Atlantika Alyansına daxil olması ilə bağlı nikbin bəyanatlar verməkdədirlər. Prezident Viktor Yuşşenko Ukraynada NATO-ya üzvlüyün vacibliyi ilə bağlı təbliğatın gücləndiriləcəyini və Rusiya ilə olan dialoqun əsl mahiyyəti haqqında məlumatlar verəcəklərini bildirib. Baş nazir Yuliya Timoşenko da Ukraynanın cəmiyyət və dövlət olaraq NATO-ya üzv olmağa hazır olduğunu bəyan edib. Hökumətin bununla bağlı işlər görəcəyi vədini verib. Bununla da aydın olub ki, rəsmi Kiyev Rusiyanın xəbərdarlıqlarına baxmayaraq, NATO-ya üzv olmaq strategiyasından əl çəkmək fikrində deyil. Əksinə, bunun reallşdırılması üçün tədbirlərini sürətləndirir. Buna rəsmi Moskvadan kəskin reaksiya verilib. Rusiya baş nazirinin müavini Sergey İvanov bildirib ki, Ukrayna NATO-ya üzv olsa, Rusiya ukraynalılar üçün viza rejimi tətbiq edə bilər. Bunun Rusiya üçün də mənfi nəticələri ola biləcəyinə işarə vuran Sergey İvanov hər bir halda bir NATO üzvü olan ölkə ilə gediş-gəlişə nəzarətə ehtiyac olacağını deyib. Ekspertlər isə bu tədbirin elə bir effekti olmayacağı qənaətindədirlər. Əksinə, insanların və iqtisadiyyatın ondan çox ciddi zərər görəcəyinə əminlik var. Əslində, Rusiyanın bu addımı özünütəcridin sürətlənməsi demək olacaq. Rusiya Gürcüstanla viza rejimi tətbiqindən faktiki olaraq heç nə qazanmadı. Bu sıraya Ukrayna da daxil edilsə, Rusiyanın yavaş-yavaş postsovet məkanını özünə bağlaması prosesinin getdiyini görərik. Bu halda hər hansı MDB-dən və ya Rusiyanın geosiyasi təsirinin artmasından söhbət gedə bilməz. Faktiki olaraq məsələnin bu cür qoyuluşu Rusiyanın geri çəkilməsi və mövqeləri Qərbə buraxması demək olacaq. Bu prosesin həm də Gürcüstanı əhatə edəcəyini demək olar. Məsələ ondan ibarətdir ki, indi də Güney Osetiya istiqamətində gərginlik yaradılır. Tərəflər bir-birini atəşə tutmaqda ittiham edirlər. Nəticəsi odur ki, osetinlər xəbərdarlıq edirlər ki, gürcü tərəfi təxribatlardan əl çəkməsə, əlavə tədbirlər görəcəklər. Bu tədbirlərin nələrdən ibarət olduğunu Abxaziya misalında gördük. Deməli, Rusiya indidən Gürcüstan istiqamətində hərbi gücünü artırmaqda davam edir. Ukrayna ilə NATO nümayəndələrinin uğurlu danışıqlar aparması və rəsmi Kiyevin onlarla ortaq fikrə gəlməsi Kreml üçün yeni məsələləri meydana çıxarır. Bu o deməkdir ki, Rusiyanın güc tətbiqi və iqtisadi təzyiqlərlə bağlı atdığı addımlar vəziyyəti elə də dəyişməyib. Qərb bu təzyiqləri göz önünə alaraq postsovet məkanına nüfuz etməkdədir. Deməli, Rusiya hərbi əzələ ilə nəyəsə nail ola biləcəyindən əlini üzməlidir. Onda onun Güney Qafqaz istiqamətində diplomatik, siyasi və iqtisadi vasitələri gücləndirməsini gözləmək olar. Ancaq bu məsələlərdə də onun imkanları elə də geniş deyil. Qərbin həmin sahələr üzrə imkanları daha genişdir. Ona görə də Rusiyanın vəziyyətinin getdikcə mürəkkəbləşəcəyi ehtimalı daha çoxdur. Təbii ki, bu prosesi dayandırmaq üçün şimal qonşumuz milli münaqişələri qızışdırmaq taktikasını işə sala bilər. Bu müstəvidə də Kremlin imkanları məhdudlaşır. Ermənistanda siyasi müxalifət mübarizəsini davam etdirir, indi küçələrə çıxırlar. Vəziyyətin gərginləşmə ehtimalı artır. Bu da Rusiyanın Ermənistanla bağlı risqli addımlar atması ehtimalını aşağı salır. O cümlədən, Dağlıq Qarabağda hər hansı hərbi münaqişənin nəticəsi qeyri-müəyyənliklə dolu olacaq. Eyni zamanda, müəyyən mərhələdə ermənilərin başını qatmaq üçün orada nələrsə təşkil edə bilərlər. Bunun da ermənilər üçün faciəvi sonuclanması ehtimalı az deyil. Terrorçuların ora toplaşması artıq faktdır. Bununla da Ukrayna Rusiyanı çox çətin duruma salır. Bir tərəfdən Sevastopoldan rus donanmasını çıxarırlar, digər tərəfdən isə NATO Ukraynaya daxil olur. Rusiya tədricən təcrid edilir. Bu hücumu Kremlin necə dayandıracağını demək çətindir. Ukrayna kimi böyük bir ölkənin əldən getməsinin bədəli ağır olacaq. Rusiya Ukrayna daxilində münaqişələr yaratmağa girişəcəkmiğ Bunun Rusiyaya əks-təsiri necə olacaqğ Bu suallar indi daha aktual xarakter kəsb edib. Orxan Güneyli olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar