SON XƏBƏRLƏR

NATO rusiyalı diplomatlara viza verməyəcək

2021.10.20, 07:36
NATO rusiyalı diplomatlara viza verməyəcək

Gunaz.tv

GünAz TV: NATO Rusiyanın Brüssel nümayəndəliyində çalışmaq üçün göndərmək istədiyi diplomatlara viza verilməyəcəyini elan edib. 

 

APA-nın RİA “Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.

 

“Bəli, Brüsseldə 7 nəfər arzuolunmaz şəxs elan edildi. Həm də bildirildi ki, daha 3 əməkdaşa viza verilməyəcək”, - deyə o bildirib.

 

Qeyd edək ki, martın 4-də Rusiya Baş Təhqiqat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliya Böyük Britaniyanın Slosberi şəhərinin mərkəzində huşsuz vəziyyətdə tapılıb. Britaniya hökuməti  hər iki şəxsin zəhərləndiyini bildirib. Cavab tədbiri olaraq rəsmi London 23 rusiyalı diplomatı ölkədən çıxarıb. Britaniyanın bu qərarına dəstək olaraq Avropa İttifaqının (Aİ) 16 ölkəsi, Amerika Birləşmiş Ştatları, Kanada, Norveç, Avstraliya, Moldova, Albaniya, Makedoniya və Ukrayna da eyni addımı atıb. Ümumilikdə 150 rusiyalı diplomat bu ölkələrdən çıxarılıb.

 

N.S

 

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar