SON XƏBƏRLƏR

NATO-ya yolumuzu Rusiya kəsir... .Əziz Mustafa

2021.10.20, 07:36
NATO-ya yolumuzu Rusiya kəsir... .Əziz Mustafa

Gunaz.tv
NATO-ya yolumuzu Rusiya kəsir... Əziz Mustafa Azərbaycanda elə bir adam tapılmaz ki, günümüzdə, belə demək mümkünsə, yeganə güc sahibi olan Şimali Atlantika İttifaqı (NATO) ilə əlaqələrimizin genişləndirilməsini və ya ölkəmizin bu quruma üzv olmasını istəməsin. Bunun da səbəbi aydındır: Rusiyanın hərbi yardımı ilə Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 20 faizi işğal olunub. Bu gün yenə də Ermənistan Rusiyanın, həmçinin İranın iqtisadi və hərbi yardımı ilə işğal siyasətindən əl çəkmək, ərazilərimizi azad etmək istəmir. Bu baxımdan Azərbaycanda hamı yaxşı başa düşür ki, Rusiya Ermənistanı müdafiə etməsəydi və bölgədə hərbi-siyasi və iqtisadi təsirini erməni faktorundan istifadə etməklə saxlamağa çalışmasaydı Dağlıq Qarabağ münaqişəsi çoxdan aradan qaldırılardı. Ona görə də Azərbaycanda, demək olar ki, əhalinin böyük əksəriyyəti çıxış yolunu NATO ilə daha sıx əlaqələrə girməkdə görür. Düzdür, ötən həftənin sonlarında keçirdiyi mətbuat konfransında NATO Baş katibinin müavini cənab Robert Simmons Azərbaycanın adıçəkilən quruma üzv olmaq niyyətində olmadığını və bu məsələnin gündəmdə dayanmadığını söylədi. Lakin o, etiraf etdi ki, Fərdi tərəfdaşlıq Proqramı çərçivəsində həyata keçirilən uğurlu əməkdaşlıq ölkəmizin gələcəkdə bu quruma üzvlüyünün baş tutması üçün gözəl zəmin ola bilər. Amma hər halda GUAM üzrə yaxın tərəfdaşlarımız olan Ukrayna və Gürcüstanın NATO-ya üzvlük üçün cəhdlər etməsi bizi də dərindən düşündürməlidir. Ona görə ki, Gürcüstan və Ukrayna NATO-ya üzv olmaqla özləri üçün Rusiyadan gələn təhlükənin qarşısını almaq niyyətindədirlər. Bundan əlavə, adıçəkilən ölkələrin Şimali Atlantika paktına üzv qəbul edilməsi onların Qərblə daha sıx inteqrasiyaya girməsinə yardım edəcək. Təbii sual ortaya çıxır: niyə biz NATO-ya üzvlük məsələsində Gürcüstan və Ukraynanın yolu ilə getməyək? Axı bizə Rusiya və onun müttəfiqi Ermənistandan gələn hərbi təhlükə daha böyükdür. Bu sualın cavabını yenə də, görünür, bölgədə Rusiyanın oynadığı oyunlarda axtarmaq lazım gələcək. Belə ki, Azərbaycan NATO-ya üzv omaq istəyini dilə gətirəcəyi halda Rusiya ölkəmizə qarşı daha sərt addımlar atacaq. Bu sərt addımların isə pərdə arxasından Qərb tərəfindən dəstəklənməyəcəyinə heç kim zəmanət verə bilməz. Hər halda bu sahədə Azərbaycanın açı təcrübəsi var. Belə ki, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını həyata keçirən Fransa və ABŞ Rusiya ilə birgə, faktiki olaraq, Ermənistanın işğalçılıq siyasətini açıq şəkildə dəstəkləyərək bizə hər vasitə ilə təslimçi sülh anlaşmasını imzalatmağa cəhd edirlər. Belə bir vəziyyətdə Azərbaycanda NATO-ya münasibətdə ehtiyatlı siyasət yeridilməsinin səbəbi hər halda başa düşüləndir. Çünki istənilən halda Azərbaycanın NATO-ya üzvlüyünün gündəmə gətirilməsi Rusiya ilə Ermənistanı bir-birinə daha sıx yaxınlaşdıraraq Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini çətinləşdirəcəkdir. Üstəlik bu fakt Rusiyanın əlinə Azərbaycana daha güclü təzyiq göstərmək və ölkə daxlində yenidən etnik separatizmi körükləmək üçün əlavə bəhanə verəcək. Belə bir vəziyyətdə Qərbin bizi Rusiyanın təzyiqlərindən müdafiə edəcəyinə inanmaq sadəlövhlük olardı. Bu amili nəzərə alaraq Rusiya ilə münasibətlərimizi daha da kəskinləşdirməmək və NATO-ya üzvlük məsələsini gündəmə gətirməməyimiz daha məqsədəuyğun görünür. Necə deyərlər, bu məsələdə NATO bizi nə Rusiyadan, nə də digər qonşumuz - İrandan gələ biləcək təhlükədən müdafiə etməyəcək. Yeri gəlmişkən onu da deyək ki, bölgədə iqtisadi, siyasi və hərbi təsir dairəsi uğrunda mübarizə aparan Qərbin nəzərində bizimlə İran arasında hər hansı bir fərq yoxdur. Bu baxımdan biz NATO-ya üzvlüyü istəmirik. Amma eyni zamanda bizim NATO-dan başqa ümid yerimiz də yoxdur. Belə ki, bu gün Ermənistan Rusiya ilə hərbi ittifaqdadır və bu hərbi ittifaq həm Şimali Atlantika, həm də Azərbaycana qarşı çevrilib. Azərbaycan Rusiya-Ermənistan birliyindən gələn təhlükəni yalnız NATO ilə sıx inteqrasiyaya girmə hesabına aradan qaldıra və ya zəiflədə bilər. Lakin bizə o da aydındır ki, bütün hallarda NATO Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü çərçivəsində həllində bizə yardın göstərməyəcək... zaman

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar