SON XƏBƏRLƏR

Naxçıvanla sərhəddə üç İŞİD-çi tutuldu

2021.10.20, 07:36
Naxçıvanla sərhəddə üç İŞİD-çi tutuldu

Gunaz.tv

GünAz TV: Türkiyə polisi Naxçıvanla sərhəddə üç terrorçu yaxalayıb.

 

Kocaeli Polis İdarəsinin keçirdiyi əməliyyat nəticəsində İŞİD terror qruplaşmasının üç üzvü İğdırda Dilucu sərhəd keçid məntəqəsindən qanunsuz keçmək istəyərkən saxlanılıb.

 

Oxu.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyinin məlumatında bildirilib.

 

Saxlanılanlar Kocaeli Polis İdarəsinə aparılıb.

 

Qeyd edək ki, Dilucu sərhəd-keçid məntəqəsi Naxçıvanla sərhəddə yerləşir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar