GünazTV July.02.2020: “Əgər İran Çin və Rusiya kimi ölkələrdən güclü silahlar ala bilsə bu halda Orta Doğudakı insanlar üçün fəlakət başlayacaq.

2020-07-02 18:59

“Əgər İran Çin və Rusiya kimi ölkələrdən güclü silahlar ala bilsə bu halda Orta Doğudakı insanlar üçün fəlakət başlayacaq.

Gunaz.tv Quote | Gunaz article

Dünən BMT-nin Təhlükəsizlik Şurasında İrana qarşı cıxışları ilə  möhür vuran Amerika Birləşmiş Ştatlarının Dövlət Katibi Mayk Pompeo bu gün jurnalistlər qarşısına keçdi. Dövlət Katibi mövzunu bu gün də davam etdirdi. İrana yönəlik silah embarqosunun müddətsiz uzadılmasına  çağrış edən  Pompeo  dedi ki,Trump hakimiyyəti embarqonun qısa müddətli uzadılmasını gərəksiz sayır.

“Əgər İran Çin və Rusiya kimi ölkələrdən güclü silahlar ala bilsə bu halda Orta Doğudakı insanlar üçün fəlakət başlayacaq. İran dünyadakı Maduro və Əsədlər üçün silah satan olacaq.Bu durumda regionda həm də İsrailin düşməni olan Həmas və Hizbullah terror qruplaşması İrandan güc və silah alacaq. Bu durum təkcə İsraili deyil, eyni zamanda avropa ölkələrini də riskə atacaq. ”

Amerikanın dövlət katibi İrana qarşı embarqo uzadılmazsa, regionda yaşana biləcəkləri kicik   bir video vasitəsilə nümayiş etdirdi. Həmin videoda İranın edə biləcəkləri yer almışdı.

Dövlət Katibi  Rusyanın Əfganıstanda xidmət aparan  Amerika əskərlərinin  öldürməsi üçün Taliban qruplaşmasına pul  təklif etdiyi  iddialarına da reaksiya verdi.Pompeo dedi ki, Rusların Əfganıstanda Amerikanın qarşısında yer alması xəbəri onlara sürpriz olmayıb. O, dedi ki, Rusya illərdir Amerika  əskərlərini təhlükəyə atmaq üçün Əfganıstanda silah satışı həyata keçirir. Pompeo bu məsələni Rusiya  rəsmilərilə də müzakirə edib.    

“Son 10 ildə Rusiya Əfqanıstanda çoxlu silah satıb və o silahlar Amerika əskərinə yönəlib. Biz bunu görür və buna qarşı dayanmışıq. Bu artıq elə bir həddə gəlib ki, rusiyalı həmkarlarıma açıq demişəm ki, bunu etməyin.Bizim Əfqanıstandakı hədəflərimiz mükəmməl olmasa da ona yaxındır.Biz bilirik Rusiyanın da Əfqanıstanda marağı var. Amma mən hər dəfə onlara bu məsələdə dayanmağı tövsiyyə edirəm. Söz verirəm ki, biz Rusiyadan gələn təhdidləri ciddi qəbul edirik.Bura təkcə Əfqanıstanda deyil, eyni zamanda onların Suriya, Liviya və Ukraynadakı davaranışları da daxildir”

 Rusya prezidenti  Vladimir Putinin G-7 zirvəsinə dəvət edilib-edilməyəcəyi də Amerika  prezidentinin səlahiyyətindədir.Donald Trump bu ay keçirilməsi  planlanan G7 Liderlər Zirvəsini  sentyabr ayına təxirə salıb və grupa Hindistan, Rusya, Cənubi  Koreya və Avustraliyanı da daxil etmək istədiyini deyib.

 Pompeonun gündəmində, Çinin Hong Kongda qüvvəyə mindirdiyi beynəlxalq təhlükəsizlik qanunu və  Pekinin Uygurlara istiqamətlənən məcburi ailə planlaması da yer almışdı.Pompeo dedi ki, Pekinin qərarı  “qəddar və bütün xalqlara təhqirdir.Müstəqil Hong Kong dünyanın ən təhlükəsiz və  dinamik şəhəri idi. İndi isə komünistlərin kaprizlərinə məruz qalacaq bir başka şəhər olacaq.Sitatın sonu. Eyni zamanda  Çinin, Doğu Türkistan bölgəsində  Uygurların doğumunun qarşısını almaq üçün abort  və qısırlaşdırma əməliyyatları aparmasını tənqid etdi.O, bütün dinləri , ölkələri və insan haqları təşkilatlarını, Çin Komünist Partiyasının  zülmünə qarşı durmağa cağırdı.

Qənirə Ataş,Günaztv,Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Cəbrayılın Göyərçinveysəlli kəndi – FOTOLAR + VİDEO

2021-01-27

gun az article

Rusiyalı diplomat XİN-ə çağırıldı - ETİRAZ

2021-01-27

gun az article

Rəsmi Bakı Yerevanın Vardenis-Ağdərə yolundan istifadə xahişini qəbul etməyəcək

2021-01-27

gun az article

Qarabağda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi işə başlayır -FOTOLAR

2021-01-27

gun az article

Diaspordan Paşinyana ŞƏRT: “İstefa ver, Ermənistana investisiya yatıraq”

2021-01-26

gun az article

Azərbaycanda son sutkada 551 nəfər COVID-19-dan sağalıb, 326 nəfər yoluxub, 7 nəfər vəfat edib

2021-01-26

gun az article

İran rəsmisi: “Biz, Co Baydenin ilk diplomatik addımını gözləyirik”

2021-01-26

gun az article

İranda koronavirusdan daha 79 nəfər vəfat edib, 6 420 nəfər xəstəliyə yoluxub (Rəsmi statistika)

2021-01-26

gun az article

İranda “Signal” sosial şəbəkəsinə süzgəc qoyulub

2021-01-26

gun az article

İranda daha bir gənc güləşçi edam edilib

2021-01-26

gun az article

ATƏT Dağlıq Qarabağın status məsələsini yersiz qabardır - Hikmət Hacıyev

2021-01-26

gun az article

Şuşada Şəhidlər Xiyabanı...

2021-01-26

gun az article

Ermənistan parlamenti buraxıla bilər - YENİ SEÇKİLƏR

2021-01-26

gun az article

Şahin Mustafayev ermənistanlı həmkarı ilə Naxçıvan dəhlizini müzakirə edəcək

2021-01-26

gun az article

GünazTV Jan.25.2021 : “Miqrant ailəsinin yetişdirdiyi Vitse-Prezident Kamalla Harris”

2021-01-25

gun az article

Rəsmi Bakı rusiyalı deputatın adını “qara siyahı”ya saldı

2021-01-25

gun az article

Səid Xətibzadə Zərifin Azərbaycana səfərindən danışıb

2021-01-25

gun az article

İranın hökumət qüvvələri Bəlucistanda tikilməkdə olan sünnilərə məxsus məscidi dağıdıblar

2021-01-25

gun az article

İranda koronavirusdan daha 98 nəfər ölüb, 6 309 yeni növ “Covid-19”a yoluxma faktı qeydə alınıb (Rəsmi statistika)

2021-01-25

gun az article

Jan İv Le Drian: “İran nüvə silahına yiyələnmək ərəfəsindədir”

2021-01-25