GünazTV July.03.2020: Nətənz uranyum zənginləşdirmə qurğusunun bir hissəsində yanğın

2020-07-03 18:44

Nətənz  uranyum zənginləşdirmə qurğusunun bir hissəsində yanğın

Gunaz.tv Quote | Gunaz article

Nətənz  uranyum zənginləşdirmə qurğusunun bir hissəsində yanğın

 

Parçin'in Xocir bölgəsində şübhəli bir partlayışdan bir həftə sonra İran Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi, bu dəfə Nətənz nüvə saytında daha bir "qəza" elan edərək, heç kimin öldüyünü söylədi.

Kəmalvəndi cümə axşamı jurnalistlərə belə dedi: "Bu səhər Nətənz  sahəsinin açıq ərazisindəki tikilməkdə olan daxmalardan biri araşdırılan bir hadisə səbəbindən zədələndi."

Nətənz valisi RəməzanƏli Ferdowsi də, Tasnim Xəbər Agentliyinə verdiyi açıqlamada, "yanğın xəbəri Nətənz Atom Mərkəzinin anqarlarından birinə çatdıqdan sonra hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər göndərildi" dedi.

Ötən həftə Tehranın şərqində bir partlayış səsin eşidilməsindən və parlaq bir işığın görünməsindən sonra İran Müdafiə Nazirliyi səsin Parçin ümumi ərazisindəki bir qaz anbarının partlaması ilə əlaqəli olduğunu, itki olmadığını və yanğının yanğınsöndürənlər tərəfindən söndürüldüyünü bildirdi.  

Bununla birlikdə bəzi xəbər qaynaqları Tehranın şərqində müşahidə olunan şiddətli işığa Tehranın şərqindəki dağlarda yerləşən Xocir Meşə Parkı ərazisindəki raket anbarlarında partlayışın səbəb olduğunu bildirmişdilər.

Bu barədə Reuters xəbər agentliyi yazdı ki bəzi mütəxəssislər Nətənz saytının İranın nüvə proqramındakı əhəmiyyətini nəzərə alaraq orada təxribat ehtimalını rədd etmirlər.

Reuters, İranın keçmiş nüvə rəsmilərindən birinin sözlərinə istinad edərək, bu hadisə Parçin hərbi ərazisindəki partlayışdan bir neçə gün sonra baş verdiyi üçün təxribat ehtimalı istisna edilə bilməyəcəyini söylədi.

İran rəsmiləri Nətənz  nüvə ərazisindəki təxribatın mümkünlüyü ilə bağlı hələ şərh verməyib lakin Nətənz  obyektindəki yanğınla əlaqədar fərziyyələr artarkən , özünü "Vətən Çitaçiləri" adlandıran bəlirsiz bir qrup Nətənz hadisəsinə görə məsuliyyəti öz üzərinə götürüb.

Bundan əvvəl də Nətənz  nüvə saytına "Stuxnet" adlı bir virus hücumu İranın nüvə proqramında ciddi gecikmələrə və pozulmalara səbəb olmuşdu.

 

Əhməd Haşimi, Günaz TV, Vaşinqton

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Aug.05.2020: Bütün medallarını Əli Xameneiyə verən "sepah idmançısı" dopinq edib

2020-08-05

gun az article

İranın kəşfiyyat və təhlükəsizlik təşkilatları güney azərbaycanlı jurnalistdən şikayət edib

2020-08-05

gun az article

Güney Azərbaycanda koronavirus pandemiyası ilə bağlı son vəziyyət

2020-08-05

gun az article

Ərdəbil divarlarında “İran vaxtı ilə həyat; məhv olmaq” qraffitisi

2020-08-05

gun az article

Milli fəal Rza Vasiqi məhkəməyə çağırılıb

2020-08-05

gun az article

GünazTV Ayg.04.2020-Özümüz: Qacarlar: Naserəddin Şah Dönəmi

2020-08-04

gun az article

GünazTV Aug.04.2020 -GÜNDƏM MASASI: ermənistanın İşğal siyasətində erməni kilsəsi və diasporasının rolu

2020-08-04

gun az article

Zəncanlı fotoqraf beynəlxalq müsabiqədə mükafat qazanıb

2020-08-04

gun az article

Həbsdə olan 3 güney azərbaycanlı fəal yeni korpusa köçürülüb

2020-08-04

gun az article

Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 764 nəfərə çatıb

2020-08-04

gun az article

Bu gün Məşrutə inqilabının ildönümü, “Təbriz Günü”dür

2020-08-04

gun az article

“Ulduz” öyrənci dərgisinin yeni sayı nəşr olunub

2020-08-04

gun az article

İctimai şəbəkə istifadəçiləri Tövhid Əmir Əmini həştəqi ilə həbsdə olan milli fəala dəstək veriblər

2020-08-04

gun az article

GünazTV Aug.03.2020: PARLAQ GƏLƏCƏK: İranda işçilərin yoxsulluqla bağlı etirazları davam edir, Güney Azərbaycan insan haqları ilə bağlı görünən işlər.

2020-08-03

gun az article

Urmiyada avtobus sürücüləri etiraz aksiyası keçirib

2020-08-03

gun az article

Cığatı çayında balıqlar kütləvi şəkildə tələf olub – VİDEO

2020-08-03

gun az article

Güney Azərbaycanda koronavirus pandemiyası ilə bağlı son vəziyyət

2020-08-03

gun az article

Təbrizdə baş verən zəncirvarı yol qəzasında 2 nəfər ölüb

2020-08-03

gun az article

Güney Azərbaycanda daha 1 tibb işçisi koronavirusdan ölüb

2020-08-03

gun az article

Azərbaycana dəstək aksiyası zamanı tutulan Həkimə Əhmədi “Sepah”ın Kəşfiyyat İdarəsində saxlanılır

2020-08-03