GünazTV July.06.2020:Texasda son 24 saatda 300 insan xəstəxanaya yerləşdirilib

2020-07-06 18:40

Texasda son 24 saatda 300 insan xəstəxanaya yerləşdirilib

Gunaz.tv Quote | Gunaz article

Amerika Birləşmiş Ştatlarının Florida və Texas ştatlarında Coronavirusa yoluxanların sayında yeni rekord olub.Birləşmiş Ştatlarda indi virusun yayılmasında mərkəz halına gələn bu ştatlarda yoluxanların sayı 20 min olub.Ekspertlər deyirki,bu artım heç bir avropa ölkəsində görülməyib.Texasda son 24 saatda 300 insan xəstəxanaya yerləşdirilib.Ştatdan verilən xəbərə görə,qarşıdakı iki həftədə bütün xəstəxanalar dola bilər.Amerikada virusun əvvəlki mərkəzi olan, lakin yoluxanların sayında getdikcə azalma görülən New Yorkda isə son sutkada 844  nəfər  xəstəxanaya yerləşdirilib.New Yorkda xəstəlik zirvədə olarkən, xəstəxanada yatanların sayı 19 min olmuşdu.Əhalisi çox olan California, Texas və Floridanın da daxil olduğu ən az 18 əyalətdə virusa yoluxanların sayındakı artım ölkədə narahatlıq yaradır.Artım hətta ölkədə  4 iyul bayram tədbirlərini də təxirə saldı.California və Floridanın cənubunda  plajlar həftə sonuları bağlı olacaq.Statistikada isə deyilir ki,3 milyon Amerikalı virusa yoluxub, 130 min insan isə  həyatını itirib.Virusa tutulanlardakı artıma rəğmən Amerika miqyasında gündəlik ölümlərin sayı  son həftələr enib.Buna səbəb olaraq virusa ən çox gənclər və sağlıq sistemi yaxşı olan insanların yoluxması göstərilir. Prezident Donald Trump daha əvvəl virusa tutulanların sayındakı artımı test sayının artımı ilə əlaqələndirmişdi. 4 iyul çıxışında da prezident heç bir dəlil olmadan Amerikadakı yoluxmaların  99 faizinin ‘‘zərərsız’’ olduğunu deyib. Amerikada Dərman və Qida Dairəsi Direktoru  Dr.Stephen Hahn Coronavirusun sürətlə irəllədiyini və Amerikanın bu vəziyyəti ciddiyə almasının vacib olduğunu deyib.Hahn fikirlərini  CNN  acıqlayıb.Hahn,Prezident  Donald Trumpın virusa yoluxanların 99 faizinin zərərsiz olduğu barədə dediklərinə də reaksiya verib.“Nəyin doğru,nəyin yanlış olduğuna toxunmayacam,lakin Ağ Evdəki komanda durumdan xəbərdardır.Məlumatlarda virusun yaılmasının  ciddi problem olduğu açıq göstərilib, hərkəs bunu ciddiyə almalıdər” Sitatın sonu. Xəstəliklərdən qorunma  mərkəzinə görə yoluxanların  35 faizində hiss olunmur, ama buna rəğmən virus digərlərinə kecə bilir. Hahn onu da xatırladıb ki, Ağ Ev çalışanları və prezident Tramp davamlı test olunur.O yoluxanların sayında artım var və virus hələ bizimlədir deyib.Ümumdünya Səhiyyə Təşkilatı da   pozitiv   testlərin  artmasından narahatlıq bildirib.Reuters agentliyinə görə,Corona virusunun keçən il  dekabr ayında  Çin-dən ortaya  çıxmasının ardından dünya miqyasında  11 milyon 320 min insan virusa yoluxub. 530 min 254 insan isə  həyatını itirib. Xəstəlik indi dünyanın 210-dan artıq ölkəsinə yayılıb.

Qənirə Ataş,Günaztv, Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Rəsmi Kiyev İrandan vurulmuş təyyarə ilə bağlı hərtərəfli hesabat tələb edib

2020-08-05

gun az article

GünazTV Aug.05.2020: “Livandakı partlayışda Azərbaycanlı iş adamına zərər dəyib”

2020-08-05

gun az article

Amerika TŞ-ya İranın silah embarqosunun uzadılmasına dair yeni qətnamə təqdim edib

2020-08-05

gun az article

Amerikalı rəsmi: "Rusiya, Çin, İran və Şimali Koreyanın təhdidləri artıb"

2020-08-05

gun az article

İranlı rəsmi: “Çinin Kunlun Bankı bizimlə əməkdaşlıq etmir”

2020-08-05

gun az article

İsrailin Suriyaya son hücumlarında İrana bağlı 15 yaraqlı həlak olub

2020-08-05

gun az article

İranda daha 185 nəfər koronavirusdan ölüb, əlavə 2697 nəfər infeksiyaya yoluxub

2020-08-05

gun az article

"Persopolis" klubunun rəhbərinin müavini "ETTELAAT" tərəfindən həbs edilib

2020-08-05

gun az article

Zahidanda səs bombasının partlaması nəticəsində hüquq-mühafizə qüvvələrinin 4 əməkdaşı yaralanıb

2020-08-05

gun az article

Rəzəvi Xorasanda qadınlara velosiped sürmək qadağan edilib

2020-08-05

gun az article

İranda rejimə qarşı kütləvi etirazlarda həbs edilən gənc aksiyaçı edam edilib

2020-08-05

gun az article

GünazTV Aug.04.2020: “İranada hər yeddi dəqiqədə bir insan coronovirusdan ölür”

2020-08-04

gun az article

İranın Əlbürz əyalətində koronavirusdan ölənlərin sayı 770 nəfərə çatıb

2020-08-04

gun az article

İranda 5 milyon şagird təhsildən kənar qalmaq təhlükəsi ilə üz-üzədir

2020-08-04

gun az article

İranda 6 milyard avrodan çox korrupsiyada ittiham edilən nazir damadı məhkəmədən qaçaraq gizlənib

2020-08-04

gun az article

İranda daha 212 nəfər “Covid-19”dan vəfat edib, 2751 yeni növ koronavirusa yoluxma halı aşkar edilib

2020-08-04

gun az article

Səid Nəməki: "Qəbul imtahanlarının vaxtı dəyişilməyəcək"

2020-08-04

gun az article

Məşhəddə uşaq xəstəxanasının 80 işçisi koronavirusa yoluxub

2020-08-04

gun az article

Mazandaran əyalətinə səfərə qadağa qoyulub

2020-08-04

gun az article

İranda il ərzində ailələrin 8.2 faizi ümumiyyətlə ət ala bilməyib

2020-08-04