GünazTV June.25.2020: Deputatlar beynəlxalq TV şəbəkələrinin bağlanmasına etiraz edirlər

2020-06-25 18:49

Deputatlar beynəlxalq TV şəbəkələrinin bağlanmasına etiraz edirlər

Gunaz.tv Quote | Gunaz article

Deputatlar beynəlxalq TV şəbəkələrinin bağlanmasına etiraz edirlər

İran parlamentinin bir qrup deputatları "ölkənin xaricdə yayım şəbəkələrinə qoyulan məhdudiyyət"ə etiraz etdilər. Onlar, büdcə bölgüsünün olmaması İslam Respublikasının istədiyi "mədəniyyət" və siyasi xəttin ölkə hüdudlarının xaricində təbliğ olunmasına imkan vermədiyini söylədilər.

İran-ın beynəlxalq TV şəbəkələrinin bəzi peyk yayımçılarının bağlanmasına cavab olaraq, 202 millət vəkili "İran beynəlxalq təbliğatı"nın zəiflədiyini elan etdi və maliyyə çatışmazlığının "ölkənin rəsmi beynəlxalq media fəaliyyətlərini pozduğunu" bildirdilər.

Nümayəndələrin 23 İyun Çərşənbə axşamı günü verdiyi ortaq bir bildiridə İran-ın beynəlxalq TV kanalları ölkənin "xaricdəki rəsmi tribunaları" və "müqavimət mediasının ön cəbhələrində" olduğu təsvir edilib və Həsən Ruhani hökumətindən "İslam Respublikasının mədəni prosesinin qlobal sahədə zəiflənməsinin qarşısının alınması" istənilib.

Çərşənbə axşamı parlamentin açıq iclasında bildirilib ki "Son aylar və həftələrdə qonşu, regional və beynəlxalq sahələrdə əhəmiyyətli dəyişikliklər baş verib, ki İslam Respublikası mediasına ehtiyacı ikiqat artırıb. Təəssüf ki, ölkənin xaricdəki rəsmi tribunası olan İran-ın beynəlxalq TV kanalları, radio və televiziyalar, valyuta büdcələrinin vaxtında ayrılmaması səbəbindən ciddi problemlər və məhdudiyyətlərlə üzləşirlər".

Bu nümayəndələr Əl-Kovsər, Səhər Urdu, Dəri TV və Press TV-nin peyk yayımının dayandırılmasına işarə edərək hökuməti və Proqram və Büdcə Təşkilatını İran-ın xaricə yayım yapan medialarının son altı ildə ümumi valyuta büdcəsinin üçdə birə azaltmağı haqda hesablı olmağa çağırdı.

Parlament üzvləri, son beş ildə xaric üçün yayılan TV kanallarının aktiv jurnalistlərinin sayının 75 faiz azalmasını və Radio və Televiziyanın valyuta büdcəsinin ayrılması və ödənilməsində beş aylıq təxirə salınmasını tənqid edərək, Ruhani hökumətini təhdid edərək belə dedilər: " Bu vacibliyə göz yummağa davam edilsə növbəti addımlarda bu prosesi başa çatdırmaq üçün qanuni imkanlarımızdan istifadə edəcəyik."

Xatırlatmalıyıq ki İranın xarici TV kanallari bölgədə və dünyada ekstremizm, dini fundamentalizm, anti-qərbçilik və antisemitizmi təbliğ edirlər, o cümlədən də səhər Azərbaycan kanalı Azərbaycan Respublikasında şiə ekstremizmini təbliğ edir və Azərbaycan Respublikasının dünyəvi quruluşuna ciddi təhlükə yaratmaqdadır.

 

Əhməd Haşimi, Günaz TV, Vaşinqton

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Güney Azərbaycanın kəndləri boşalır

2020-07-06

gun az article

Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 500 nəfərə çatıb

2020-07-06

gun az article

Süngün mis mədəninin zəhərli çirkabı ətraf çaylara axıdılır

2020-07-06

gun az article

Güney azərbaycanlı milli fəal Ruzbeh Piri sərbəst buraxılıb + VİDEO

2020-07-06

gun az article

Təbriz Yanğınsöndürmə idarəsi radio-cihazlarda türkcə danışığı rəsmi olaraq qadağan edib

2020-07-06

gun az article

Azərbaycan İnsan Hüquqları Cəmiyyəti Abbas Lisaninin 15 illik həbs cəzasının təsdiqlənməsini qınayıb

2020-07-06

gun az article

Traxtur klubunun perulu hücumçusu koronavirusa yoluxub

2020-07-05

gun az article

Güney azərbaycanlı milli fəal koronavirusdan həyatını itirib

2020-07-05

gun az article

Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 487 nəfərə çatıb

2020-07-05

gun az article

Güney azərbaycanlı müğənninin türkcə mahnısına lisenziya verilməyib

2020-07-05

gun az article

Güney Azərbaycanda meşə ağaclarının kəsilməsi davam edir + VİDEO

2020-07-05

gun az article

Güney azərbaycanlı milli fəal Əmir Səttari zindana geri dönməyəcək

2020-07-05

gun az article

Güney azərbaycanlı milli fəal Meysəm Colaninin həbs cəzası artırılıb

2020-07-05

gun az article

İran ədliyyəsindən ədalətsiz qərar: tanınmış mədəni fəal Abbas Lisaninin 15 illik həbs cəzası təsdiqlənib

2020-07-05

gun az article

Ruhani: “Ümid edirik ki, yaxın günlərdə Şərqi Azərbaycanda koronavirus xəstəliyi ilə bağlı vəziyyət yaxşılaşacaq”

2020-07-04

gun az article

Zəncanda daha 7 nəfər koronavirusdan ölüb, 36 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkarlanıb

2020-07-04

gun az article

Qərbi Azərbaycanın 10 şəhərində koronavirusla bağlı yeni məhdudiyyətlər tətbiq edilib

2020-07-04

gun az article

Ərdəbil əyalətində 39 yeni koronavirusa yoluxma faktı qeydə alınıb, 3 nəfər ölüb

2020-07-04

gun az article

Şərqi Azərbaycan valisi: “Koronavirusa yoluxanların 92%-i sağalıb”

2020-07-04

gun az article

GünazTV Juluy.03.2020: Azadlıq səsi: Milli Hərəkatda dövlətçilik düşüncəsi və formaları

2020-07-04