GünazTV June.25.2020: “Amerikanın terrorizimlə bağlı hesabatında önə çıxan ölkə İran İslam Respublikası oldu.”

2020-06-25 18:52

“Amerikanın terrorizimlə bağlı hesabatında önə çıxan ölkə İran İslam Respublikası oldu.”

Gunaz.tv Quote | Gunaz article

“Amerikanın terrorizimlə bağlı hesabatında önə çıxan ölkə İran İslam Respublikası oldu.”

    Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti konqresə təqdim etmək üçün hazırladığı və ölkələrə görə fəaliyyətləri araşdıran hesabatını açıqladı.Sənəd, Amerikanın Xarici işlər nazirliyinin  2019 ildə  terrorizimlə bağlı bütün hərəkətlərini əhatə edir.Hesabatda əsas yeri isə IŞİD-lə mübarizə çərçivəsində Iraq, Suriya, Afrika, Güney və Güneydoğu Asya ölkələri ilə yanaşı, Hizbullah, Həmas və Əl-Kaidə terror təşkilatı ilə bağına görə İran  tutub.   

 Sənəddə deyilir ki, İran Amerika Birləşmiş Ştatlarının  terror təşkilatı olaraq  tanıdığı Hizbullah və Həmas terror  gruplarına ildə 700 milyon dollar xərcləyib.Lakin Amerikanın tətbiq etdiyi embarqolar  İranın bu  terror təşkilatlarına  maddi dəstək vermə həcminə zərər verib. Hesabatda  İran rejiminin Amerikanın teror təşkilatları siyahısına aldığı  İran İnqilabı Keşikçiləri və Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi vasitəçiliyi ilə  Quzey və Güney Amerika ilə Avropa, Ortadoğu, Asya və Afrikada terror hücumları planlaşmasında birbaşa  rol aldığı yazılır.Tehranın    Əl Kaidə terror təşkilatı üzvülərinin,  İranda qalmasına   icazə verdiyi, Əfganıstan və Suriya kimi döyüş bölgələrinə döyüşçü  və pul göndərərək onların  fəaliyyətinin asanlaşdırdəğı  açıqladı. Venesuellaya göndərilən tankerlər də sənəddə yer alıb. Dövlət Katibi Mayk Pompeyo.

“Bu gün Amerika İranın 5 gəmi kapitanına sanksiya qoyur. Çünki onlar 1,5 milyon barel İran neftini Venesuellanın qanunsuz Madura rejiminə çatdırıblar. Bu kapitanlar bir daha Amerika sularına daxil ola bilməyəcəklər.İran Venesuella ilə iqtisadi münasibətlər qurmasının nəticələrini görəcək.”

  İranın Atom Enerjisi üzrə beynəlxalq agentliyin tələblərinə cavab verməməsinə reaksiya verən Dövlət Katibi Mayk Pompeyo dedi ki, MAQATE son qərarı  verməklə dünyanın təhlükəsizliyi üçün addım atıb.Amerikanın İran üzrə xüsusi nümayəndəsi Brain Hook da BMT-nin Təhlükəsizlik Şurası ilə görüşərək, İrana qarşı silah embarqosunun uzatmağı vacib sayıb. Hansıki həmin embarqoların vaxtı oktyabrda bitəcək.    


“Əgər BMT təhlükəsizlik Şurası oktyabradək heç bir addım atmazsa o zaman İran inkişaf etmiş silahları əldə  edəcək. İran terrorçu qruplaşmalar və yaramaz rejimlər üçün silah satacaq. Və bu yol verilməzdir.”

Mayk Pompeyodan İran prezidenti Həsən Ruhaninin  dediklərinə də cavab soruşuldu.Ruhani demişdiki, əgər  rəsmi Vasington 2015-ci  ildə imzalanan nüvə razılaşmasından çəkilməsinə görə  üzr istəyərsə Tehran Amerika ilə müzakirələrə açıqdır. Amerika Dövlət katibinin bununla bağlı cavabı sərt idi. Amma dediki, bu hədə deyil.

“Onların istəyi ciddi deyil.Amerika öz istəklərini İrana açıq formada bildirib. Biz hədəflərimizi  də açıq demişik.Biz İran İslam rejiminin normal ölkə kimi hərəkət etməsini istəyirik. Biz vaxtı catanda İranla danışıqlar aparmaqdan məmnun olarıq. Lakin onlar istəyirki  biz onlara çoxlu pul verək, İran rejimi də o vəsaitlıə dünyada terrorçuluğu dəstəkləsin.Bu sadəcə gülüncdür. Bu administrasiya belə hərəkət edə bilməz. Amerika hədə  yolu ilə danışmır. Mən  Amerika siyasətini açıq deyirəm. Avropada da başa düşməlidirlər ki, İranın silah almasına göz yummaq olmaz. Çünki İranın əldə edəcəyi silahlar elə avropa insanı üçün ciddi təhlükədir.Belçika və Danimarkadakı insanlar təhdid altındadır. Çünki dünyanın ən böyük terror dəstəkçisinə qoyulan embarqo bitmək üzrədir. Ümid edirəm bütün dünya İrana qarşı embarqoların uzadılmasını dəstəkləyəcək. Əgər bu baş verməsə  İran həm tə silah taciri olacaq. Onlar nəyinki Çin və Rusiyadan müasir silahları almaqla yanaşı, həm də onun satacaqlar.İran qorxulu rejimdir. Onlara bu haqqı vermək olmaz. ”

   Hesabat IŞİD terror təşkilatının  Afrikada aktiv olduğu   dikkət çəkdi. IŞİD-in lideri Əbu Bəkir Əl Bağdadinin öldürülməsi və təşkilatın  topraq itirmısinə  rəğmən, onların  dünya ətrafında  bağlantılı olduğu gruplar üzərindən terror  fəaliyyətlərini sürdürdüyü bəlli oldu.  Sənəddə Azərbaycanın da adı çəkilib.Deyilir ki,2019-cu ildə Azərbaycan hökuməti ölkənin quru və dəniz sərhədlərində və Cənubi Qafqaz daxilində insanların, pulların və materialların hərəkəti üzrə terror cəhdlərinin qarşısını almaq, aşkar və məğlub etmək üçün fəal iş aparıb. "Azərbaycanın hüquq-mühafizə və xüsusi xidmət orqanları terror aktlarının qarşısını almaq üçün əməliyyatlar keçirib, terrorda şübhəli bilinən şəxləri həbs edib və cinayət məsuliyyətinə cəlb edib. 2019-cu ildə Azərbaycanda heç bir terror aktı qeydə alınmayıb"Sitatın sonu.Sənəddə deyilir ki, Azərbaycanın hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri ölkədə terror aktlarını aşkar etmək, saxlamaq və qarşısını almaq üçün adekvat bacarıq nümayiş etdiriblər.

Qənirə Ataş, Günaztv, Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Hormozqan əyalətində “Covid-19” pandemiyası qurbanlarının sayı 356 nəfərə çatıb

2020-07-10

gun az article

Pompeo: "Yaxın Şərqi İranın raket təhdidindən qorumaq Amerikanın öhdəliyidir"

2020-07-10

gun az article

Tehranda yenidən partlayış səsləri eşidilib

2020-07-10

gun az article

İranın Şiraz, Qorqan və Məşhəd şəhərlərində daha 3 məhkum edam edilib

2020-07-10

gun az article

"İran Ermənistanın İsraildə səfirlik açmasına hörmətlə yanaşır"- İranın İrəvandakı səfiri

2020-07-09

gun az article

Tehranla Dəməşq Suriya HHQ-nin gücləndirilməsi üçün razılığa gəlib

2020-07-09

gun az article

GünazTV July.09.2020: “Iran dünyada terroru dəstəkləyən dövlətdir.Amerikanın Dövlət Katibi İarnla bağlı açıqlamalarını yenilədi!”

2020-07-09

gun az article

İran İslam Respublikasında inanılmaz cinayət: Məşhəddə araq içməkdə günahlandırılan məhkum dara çəkilib

2020-07-09

gun az article

Amerikadan BMT-nin Süleymani ilə bağlı hesabatına reaksiya: "Bu, terroristlərə lisenziya verməkdir"

2020-07-09

gun az article

Ruhani: "İxracatdan əldə edilən 20 milyard avro ölkəyə qaytarılmayıb"

2020-07-09

gun az article

İranda daha 221 ölüm faktı ilə koronavirusdan vəfat edənlərin sayı 12 305 nəfərə çatıb

2020-07-09

gun az article

Bağdadda məşhur siyasi ekspertin terroruna etiraz olaraq, Xamneyiyə qarşı şüarlar səsləndirilib

2020-07-09

gun az article

İranda azı 7 deputat koronavirusa yoluxub

2020-07-09

gun az article

İran mediası "Fatimeyi-Zəhra" məscidinə görə Azərbaycanı hədəfə alıb

2020-07-09

gun az article

Pompeo: “BMT Təhlükəsizlik Şurası İrana silah satışına qarşı qoyulan sanksiyanın vaxtını uzatmalıdır”

2020-07-09

gun az article

İranlı rəsmi: “Keçirilən hər bir toy və ya yas mərasimində 40-50 nəfər koronavirusa yoluxur”

2020-07-08

gun az article

GünazTV July.08.2020: “F1 və M1 vizası ilə Amerikada olanların aqibəti necə olacaq? Amerika məktəblərinin açılması üçün prezident Trampın son qərarı”.

2020-07-08

gun az article

Türkiyə XİN başçısı bu gün Britaniyaya səfər edəcək

2020-07-08

gun az article

İranda nazirliklər və dövlət idarələrini artıq "Bəsic" qoruyacaq

2020-07-08

gun az article

İranda təyyarə qəzasında təqsirləndirilən rəsmilərin mühakiməsi başlayır

2020-07-08