GünazTV June.27.2020: Amerika Birləşmiş Ştatlarında əhalisinin sayı çox olan ştatlarda Corona virusuna tutulanların sayında artım var.

2020-06-27 18:56

Amerika Birləşmiş Ştatlarında əhalisinin sayı çox olan ştatlarda Corona virusuna tutulanların sayında artım var.

Gunaz.tv Quote | Gunaz article

Amerika Birləşmiş Ştatlarında  əhalisinin sayı çox olan ştatlarda Corona virusuna tutulanların sayında artım var.Ümumilikdə Amerika miqyasında bu gün virusa tutulanların sayı 40  minə cataraq aprel ayının sonundakı rəqəmləri geridə qoydu.Virusa yoluxanların çoxu gənclərdir. Mütəxəsislərin fikirincə  testlərin artırılması da rəqəmlərin çoxaldır.Araşdırılan başqa kriteriyalara görə virus geri qayıdır. Artım görülən 29 ştatdan 3-də, Texas, Florida və Californiada durum daha kritikdir. Arizona və Alabama ştatlarında isə ölüm rəqəmləri ciddi siqnal verib. Bu ştatlara açılım erkən olsa da masqa taxmadan evdən cıxmağa icazə yoxdur. Johns Hopkins Universitetinin açıqlamasına görə,Amerika miqyasında virusa tutulanların sayı  2,3 milyonu keçib. Virus səbəbilə həyatını itirənlərin  sayı isə  122 mindən çox. Bu problemlə bağlı proqnozlar verən  Waşinqton Universitetinin   modelinə görə, oktyabradək  ölkədə   180 min insan həyatını itirəcək. Hökumətin virusla mübarizə qrupuna liderlik edən prezidentin köməkçisi  Mike Pence,  iki ay sonra ilk dəfə mətbuat konfransı keçirdi.Amma o , hər şeyə rəğmən inamla danışdı.

“İki ay əvvəllə müqayisədə  çox əla  bir yerdəyik. Amma virusa tutulanların sayında artım da görürük.Bunu diqqətli formada təqib edirik.Böyük itkilər verdiyimiz iki aya əvvələ dönəcəyimizi düşünınlər ola bilir.Amma real olan odurki indi daha yaxşı bir yerdəyik.virusun yayılmasını zəyiflətdik.Əyrini düzləşdirdik”

 Prezidentin köməkçisi sosial məsafə qorumaq  və maska taxmağı unutmamağı tövsiyyə etdi.Amerikada seçki ili olduğu üçün hakimiyyət bu məsələdə də həssasdır. Mike Pence dedi ki, Amerikada ifadə azadlığı və sülh məqsədli etirazlar konstitusiya ilə qorunur.Amerika insanının bu haqqına hörmət etmək borcumuzdur.Sitatın sonu.

   Amerikanın xəstəliklərə nəzarət mərkəzinin rəhbəri  Robert Redfield  belə bir fikir söyləydi.Hər bir bəlli virus daşıyıcısı, bəlli olmayan 10 viruslu insandan xəbər verir.Onların ehtimalına görə, əslində virusa tutulanların sayı reallıqda  20 milyondur.Keçici Xəstəliklər institutunu  rəhbəri  Dr.Anthony Fauci isə virusa yoluxan insanların 25 faizində əlamətlərin görülməyəcəyini deyib.

“Biz nə edə bilərik. Mən virus barədə düşünəndə bir nəticəyə gəlirəm. Bu nəticəyə mən alimlərlə gəlmişəm. Virus bizim üçün anormal durum yaradıb. Biz heç bir zaman buna bənzər xəstəlik görməmişik. Bu virus insanlarda fərqli nəticələr göstərir. Bəziləri tez sağalır, bəziləri agır durumda olur, bəziləri  ölür. Karyeramda ilk müşahidəmdir. Belə bir qorxunc virusla qarşılaşmamışdım. ”

 Xatırladaq ki,Amerikada hökumətin iqtisadiyyatın yenidən fəaliyyətə dönməsinin vacib saydığı may ayından bəri  Coronavirus komandası da görünməz olmuşdu. Onların iki ay sonra meydana gəlməsi vəziyyətin ciddiliyindən xəbər verir. İndi Amerikada  gündə ən azı  500 min insan test  edilir. Alimlər məsləhət edir ki, virusa nəzarət etmək üçün gündə  1-3 milyon arasında insanı test etmək lazımdır. Trump hakimiyyəti isə vəd edir ki, payızdan etibarən  ayda 20-40 milyon insana test etmək mümkün olacaq.

Qənirə Ataş, Günaztv, Vaşinqton.

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranda dolların məzənnəsi 21 min tüməni keçib

2020-07-04

gun az article

Ruhani maska taxmayanlara dövlət idarələrində xidmət göstərilməməsini istəyib

2020-07-04

gun az article

İranda daha 2449 nəfər koronavirusa yoluxub, 148 nəfər ölüb

2020-07-04

gun az article

İran rəsmisi: "İndiyədək ölkədə 18 milyon insanın koronavirusa yoluxduğu təxmin edilir"

2020-07-04

gun az article

Ukrayna təyyarəsilə bağlı səs yazısı: "Sepahın hücumuna görə Tehran səması bağlanmamışdı"

2020-07-04

gun az article

GünazTV July.03.2020: “ “Amerikanın kəşfiyyat rəhbərləri Konqresdə Rusiya iddiaları ilə bağlı açıqlama etdi”

2020-07-03

gun az article

İranın İraqdakı yaraqlı qruplaşmalara göstərdiyi kömək kəskin dərəcədə azalıb

2020-07-03

gun az article

ABŞ Dövlət Departamenti: “Nətənz təsisatındakı yanğın göstərdi ki, İran rejimi nüvə proqramını xalqın ehtiyaclarından üstün tutur”

2020-07-03

gun az article

Ukrayna təyyarəsi qurbanlarının ailələri: "Araşdırmalar aparılmadan kompensasiyanı qəbul etməyəcəyik"

2020-07-03

gun az article

İranda plastik əməliyyatlar qadağan edilib

2020-07-03

gun az article

İranda daha 154 nəfər koronavirusdan ölüb, 2566 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkar edilib

2020-07-03

gun az article

İran Ukrayna təyyarəsinin qurbanlarına görə kompensasiya ödəyəcək

2020-07-03

gun az article

İranlı rəsmi: “Loristanda yaşı 60-dan yuxarı olan xəstələr arasında ölənlərin sayı eksponent olaraq artır”

2020-07-03

gun az article

İranın Nətənz nüvə təsisatındakı yanğını bu qruplaşma törədib

2020-07-02

gun az article

GünazTV July.02.2020: “Əgər İran Çin və Rusiya kimi ölkələrdən güclü silahlar ala bilsə bu halda Orta Doğudakı insanlar üçün fəlakət başlayacaq.

2020-07-02

gun az article

Tehranda evlərin qiyməti 121% bahalaşıb

2020-07-02

gun az article

Tehranın Antropologiya Muzeyinin bütün eksponatları oğurlanıb

2020-07-02

gun az article

İranda daha 148 nəfər koronavirusdan ölüb, 2652 nəfər pandemiya xəstəliyinə yoluxub

2020-07-02

gun az article

Huk Avstriya və MAQATE-nin rəsmiləri ilə İran mövzusunda müzakirələr aparıb

2020-07-02

gun az article

İrandan Türkiyəyə qaz ixracatı bərpa olunub

2020-07-02