GünazTV June.27.2020: İraqdakı İrana bağlı milislərə hücum edildi

2020-06-27 18:53

İraqdakı İrana bağlı milislərə hücum edildi

Gunaz.tv Quote | Gunaz article

İraqdakı İrana bağlı milislərə hücum edildi

Cümə axşamı gününün son saatlarında İraq təhlükəsizlik qüvvələri Bağdadın cənubundakı Kətaeb Hizbullah qrupunun qərargahına basqın edərək qrupun 13 üzvünü həbs etdilər. Bu hücum İraq qüvvələrinin son illərdə İran tərəfindən dəstəklənən bir yaraqlı qrupa qarşı ən böyük hərəkətdir.

İraq qüvvələri, Yaşıl Bölgəyə və Beynəlxalq Koalisiya Qüvvələrinin bazalarına hücum etmək üçün istifadə edilən bir neçə roket atıcısını da ələ keçirdilər. Əməliyyata ABŞ qüvvələrinin təlim verdiyi İraqın Antiterror Xüsusi Qüvvələrinin qatıldığı bildirilib.

Əl-Hurra TV xəbər verir ki, İraq təhlükəsizlik qüvvələri cümə axşamı günün sonlarında Bağdadın cənubundakı Kətaeb Hizbullah milislərinin qərargahına basqın edərək, üç komandirini həbs etdilər və fırlatmaq üçün hazırlanmış raketləri müsadirə etdilər.

Bundan əvvəl ABŞ rəsmiləri Kətaeb Hizbullah qrupunu ABŞ səfirliyinə və İraqdakı bazalara raket atmaqda suçlamışdı. Bununla əlaqədar ABŞ, keçən ilin dekabr ayında Quds Qüvvələrinin komandiri Qasim Süleymani ilə birlikdə qrupun liderlərindən biri olan Əbu Mehdi mühəndisi öldürdü.

Vaşinqton həmişə Bağdadı qrupa daha çox təzyiq göstərməyə çağırıb, lakin Cümə axşamı gecə hücumu İraq hökuməti tərəfindən edilən bu qəbildən ilk hücumdur.

Bəzi müşahidəçilərə görə, İraqın yeni baş naziri Mustafa Kazimi, əvvəlki baş nazirlərdən fərqli olaraq, İrana asılılığı yoxdur və o baş nazir olandan sonra ABŞ-İraq ikitərəfli münasibətləri yeni bir fəsilə girdi.

Son həftələrdə İranın dəstəklədiyi qrupların ABŞ bazalarına raket hücumlarının çoxalmasına  baxmayaraq cənab Kazimi İslam Respublikasının İraqda müdaxilələrini məhdudlaşdırmaq üçün ciddi addımlar atıb.

 

Əhməd Haşimi, Günaz TV, Vaşinqton

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV July.04.2020: Hindistan Çin ilə sərhəd qarşıdurmasından sonra 5 milyard dollardan çox silah satın alır

2020-07-04

gun az article

GünazTV July.04.2020: Amerika Birləşmiş Ştatlarında son bir gündə Corona virusuna yoluxanların sayıında rekord artım var

2020-07-04

gun az article

İranda dolların məzənnəsi 21 min tüməni keçib

2020-07-04

gun az article

Ruhani maska taxmayanlara dövlət idarələrində xidmət göstərilməməsini istəyib

2020-07-04

gun az article

İranda daha 2449 nəfər koronavirusa yoluxub, 148 nəfər ölüb

2020-07-04

gun az article

İran rəsmisi: "İndiyədək ölkədə 18 milyon insanın koronavirusa yoluxduğu təxmin edilir"

2020-07-04

gun az article

Ukrayna təyyarəsilə bağlı səs yazısı: "Sepahın hücumuna görə Tehran səması bağlanmamışdı"

2020-07-04

gun az article

GünazTV July.03.2020: “ “Amerikanın kəşfiyyat rəhbərləri Konqresdə Rusiya iddiaları ilə bağlı açıqlama etdi”

2020-07-03

gun az article

İranın İraqdakı yaraqlı qruplaşmalara göstərdiyi kömək kəskin dərəcədə azalıb

2020-07-03

gun az article

ABŞ Dövlət Departamenti: “Nətənz təsisatındakı yanğın göstərdi ki, İran rejimi nüvə proqramını xalqın ehtiyaclarından üstün tutur”

2020-07-03

gun az article

Ukrayna təyyarəsi qurbanlarının ailələri: "Araşdırmalar aparılmadan kompensasiyanı qəbul etməyəcəyik"

2020-07-03

gun az article

İranda plastik əməliyyatlar qadağan edilib

2020-07-03

gun az article

İranda daha 154 nəfər koronavirusdan ölüb, 2566 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkar edilib

2020-07-03

gun az article

İran Ukrayna təyyarəsinin qurbanlarına görə kompensasiya ödəyəcək

2020-07-03

gun az article

İranlı rəsmi: “Loristanda yaşı 60-dan yuxarı olan xəstələr arasında ölənlərin sayı eksponent olaraq artır”

2020-07-03

gun az article

İranın Nətənz nüvə təsisatındakı yanğını bu qruplaşma törədib

2020-07-02

gun az article

GünazTV July.02.2020: “Əgər İran Çin və Rusiya kimi ölkələrdən güclü silahlar ala bilsə bu halda Orta Doğudakı insanlar üçün fəlakət başlayacaq.

2020-07-02

gun az article

Tehranda evlərin qiyməti 121% bahalaşıb

2020-07-02

gun az article

Tehranın Antropologiya Muzeyinin bütün eksponatları oğurlanıb

2020-07-02

gun az article

İranda daha 148 nəfər koronavirusdan ölüb, 2652 nəfər pandemiya xəstəliyinə yoluxub

2020-07-02