Amerikada Coronavirusa tutulanların sayında sürətli artım olan ştatlar, normala dönmə mövzusunda addımlardan geri çəkilir.
Gunaz.tv
Amerikada Coronavirusa tutulanların sayında sürətli artım olan ştatlar, normala dönmə mövzusunda addımlardan geri çəkilir. Əhalisinin sayı çox olan California, Florida və Texasda rəsmilər bu mövzuda addımlar atır. Floridada bazar günü son 24 saatda 9.585 yeni virusa yoluxan qeyd edilmişdi.California Valisi Gavin Newsom ştatın 7 bölgəsində barların bağlanmasını əmr vedi. Bu bölgələr arasında ölkənin ikinci ən böyük şəhəri olan Los Angeles də var. Mütəxəsislər deyirlərki, ehtiyyatlı olmaqla bağlı xəbərdarlıqları dinləməyən ştatlarda virusa tutulanların sayında artım olduqça çoxdur. Proqnozlara görə ikinci dalğa bu ştatlarda daha çox narahatlıq yarada bilər. Daha əvvəl mərkəz New York olmuşdu.İndi Nyu Yorkda rəqəmlərdə eniş var və yenidən açılma planları aparılır. Nyu York qubernatoru Andrew Cuomo yeni keyslərdə artım müşahidə edildiyi üçün, bəzi sərt qərarlar verməyə məcbur olduqlarını dedi.
“Biz əmin olmalıyıq ki, Nyu Yorkda rəqəmlərdə azalma olsun.Bu düşüncə məni oyaq da saxlayır. Biz əmin olanadək, durumu nəzarətdə saxlamağa çalışacayıq. Biz həmçinin əmin olmalıyıq virus digər ştatlardan bizə gəlməsin. Bu məsələdən artıq dərs çıxartmışıq.Elan edirəm ki, Nyu York, Nyu Jersey və Konnek-ti-kut ştatlarına istər ölkə xaricindən, istərsə də virus sayı çox olan ştatlardan gələnlər 14 gün qarantində saxlanacaq. Bizim ştatlar üçün bir nəzarət ölçümüz var. Əgər o ştatlarda rəqəm yüksələrsə təbii ordan gələn insanlar da qarantinə daxil olacaq.Biz bunu ona görə edirik ki, çətin bir prossesdən sonra rəqəmləri endirmişik və biz onun təzədən yüksəlməsini istəmirik.Çünki Nyu Yorka gələnlərin infeksiya gətirmək riski ola bilər”
Virusa tutulanların sayında azalma olan ştatlarda belə normala dönmə addımlarının ardından rəqəmlərdə yüksəliş hiss edilir.Michiganda bir barda 90 kişinin bir anda virusa yoluxduğu xəbəri gəldi.Florida,Arizona və Georgiada da virus sürətlə yayılır.Amerika prezidentinin köməkçisi Mike Pence Florida və Arizonadakı seçki kompaniyalarını ləğv edib.Pence,virusla mübarizədə ikinci dalğa olarsa yetərli sayda avadanlıqların olduğuna söylədi. Ameriaka Prezidentinin maska taxmağı məcburiyyət bilməməsi də ölkədə müzakirə mövzusudur.Donald Trump maska taxımağı, yalnız sosyal məsafənin olmadığı şərtlərdə məqbul sayır.Amerika Təmsilcilər Məclisinin Demokrat rəhbəri Nancy Pelosi də Trump hakimiyyətini tənqid edib. Pelosi hesab edir ki, masqa taxılması əslində məcburiyyət halına gətirilməli idi. Xatırladaq ki,dünya virusa yoluxanların sayı 10 milyonu keçib.Amerikada Coronaya tutulanların sayı isə 2.5 milyonu ötüb.Virus səbəbilə ölənlərin sayı 130 minə çatıb. Amerika Birləşmiş Ştatları indi virusa tutulanların sayına görə dünyada birincidir. Belə hesab edilirki, buna səbəblərdən biri də Amerikada testlərin sürətli aparılmasıdır.Testlər artdıqca virusa yoluxanların sayı da dəqiq bəlli olur. Bir çox ölkədə isə testlər ödənişli və məhdudiyyətli aparıldığı üçün virusa yüngül formada yoluxanlardan xəbərsiz olurlar.
Qənirə Ataş,Günaztv, Vaşinqton.